Apple 9 sentyabr tarixində iPhone 16 smartfonlarını təqdim edəcək. iPhone 16 və iPhone 16 Plus modellərinin A18, iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin isə A18 Pro prosessoru vasitəsilə çalışacaqları gözlənilir. İndi isə insayderlər bu prosessorlar barəsində yeni məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən bu prosessorlar arasında performans baxımından elə də böyük bir fərq olmayacaq. Məlumatda qeyd edilib ki, həm A18 həm də A18 Pro maksimal 4.05 GHz çalışma tezliyinə sahib 6 ədəd CPU nüvəsini əldə edəcək. Bu prosessorlar arasında əsas fərq GPU nüvələrində olacaq. Belə ki, A18 prosessoru 5 GPU nüvəsini əldə edəcəyi halda A18 Pro prosessoru 6 GPU nüvəsini əldə edəcək.