Asiyanın ən varlı adamı "insanabənzər robot" rəqabətinə qoşulub!
Elm & Texnologiya
20.11.2024
Farid Pardashunas
Asiyanın ən varlı insanı, milyarder Mukesh Ambani, Addverb Technologies şirkəti ilə birlikdə insanabənzər robot yarışına qoşulub. Şirkət ilk insanabənzər robotunu 2025-ci ildə təqdim edəcəyini bildirib.
Hindistan mərkəzli texnologiya şirkəti Addverb Technologies, Asiyanın ən varlı iş adamı Mukesh Ambani-nin dəstəyi ilə 2025-ci ildə insanabənzər robotlarını bazara çıxarmağa hazırlaşır. Addverb-in baş direktoru Sangeet Kumar, robotların moda, pərakəndə və enerji kimi sahələrdə geniş miqyasda işləri yerinə yetirə biləcəyini bildirib. Ambani-nin sahib olduğu Reliance Group şirkəti bu addımla ABŞ və Çin mərkəzli nəhəng rəqiblərlə rəqabət aparmağı hədəfləyir.
Addverb ilkin mərhələdə Noida şəhərindəki zavodunda ildə təxminən 100 insanabənzər robot istehsal edəcək. Kumar bildirib ki, şirkət yenilikçi dizaynları ilə qlobal bazarda rəqabət aparacaq. Robotlar əvvəlcə Reliance-ın öz biznes sahələrində sınaqdan keçiriləcək, daha sonra isə müdafiə və yaşlılara qulluq kimi sahələrdə əhəmiyyətli rol oynayacaq. Şirkətin robotları süni intellekt və 5G texnologiyalarını da istifadə edəcək. Kumar-ın fikrincə, onların robotları qiymət baxımından Çin bazarını belə üstələyəcək.
Addverb, Reliance-ın Nvidia, Qualcomm və Intel kimi nəhənglərlə güclü əlaqələrindən istifadə edərək, ən son texnologiyaları robot istehsalında tətbiq etməyi planlaşdırır. Kumar bildirib ki, 2025-ci ilin mart ayına qədər olan maliyyə ilində satışlar 100 milyon dollara yaxınlaşıb və bu satışların təxminən üçdə ikisini xarici müştərilər təşkil edir. Addverb-in 56%-i 2022-ci ildən bu yana Hindistanın bazar dəyəri baxımından ən böyük şirkəti olan Reliance Industries-ə məxsusdur. Hazırda isə insanabənzər robot istehsalına daha çox sərmayə yatırmaq üçün mövcud investorlarla və yeni özəl kapital fondları ilə danışıqlar aparılır.
Addverb təkcə kommersiya məqsədli insanabənzər robotlar deyil, həmçinin hərbi və kosmik texnologiyalar üçün də böyük planlara malikdir. Kumar bildirib ki, Hindistan müdafiə qüvvələri üçün hazırlanan dördayaqlı robotlar hazırda sınaq mərhələsindədir və dövlət müdafiə şirkəti Bharat Electronics ilə əməkdaşlıq edilir. Bundan əlavə, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) ilə Marsa insanabənzər robot göndərilməsi ilə bağlı ilkin mərhələdə danışıqlar aparıldığını da açıqlayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NVIDIA və Google kvant prosessorları üçün əməkdaşlığa başlayıb!
NVIDIA və Google kvant prosessorları üçün əməkdaşlığa başlayıb!
Google və NVIDIA kvant prosessorları üçün əməkdaşlıq etdiklərini elan ediblər. Bu əməkdaşlıq çərçivəsində Google mühəndisləri NVIDIA-nın Eos adlı superkompüterindən istifadə edəcəklər.
Samsung Galaxy S25 smartfonları mobil oyunlarda kadr tezliyinin 120 fps-ə yüksəldilməsi funksiyasını əldə edəcəklər
Samsung Galaxy S25 smartfonları mobil oyunlarda kadr tezliyinin 120 fps-ə yüksəldilməsi funksiyasını əldə edəcəklər
Samsung şirkəti gələn ilin əvvəlində Galaxy S25 smartfonlarını təqdim edəcək. İnsayderlərin vermiş olduqları məlumata əsasən sözügedən smartfonlar Qualcomm-un xüsusi texnologiyasının dəstəyini əldə edəcəklər.
GeForce RTX 5090 olduqca baha qiymətə satılacaq
GeForce RTX 5090 olduqca baha qiymətə satılacaq
NVIDIA şirkəti yaxın zamanda GeForce RTX 50 viodeokart seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq videokartlardan biri isə GeForce RTX 5090 olacaq.
Bir insanın elədiklərini "izləyərək" öyrənən robot hazırlanıb!
Bir insanın elədiklərini "izləyərək" öyrənən robot hazırlanıb!
Vyanada bir qrup alim “izləyərək” öyrənə bilən bir robot hazırlayıb. Bu robot, kodlaşdırma prosesinin asanlaşdırıla biləcəyini də nümayiş etdirib.
NVIDIA videokartlarının drayverlərində ciddi sistem boşluğu aşkar edilib
NVIDIA videokartlarının drayverlərində ciddi sistem boşluğu aşkar edilib
NVIDIA şirkətinin mətbuat xidmətinin vermiş olduğu məlumata əsasən şirkətin GeForce seriyasına daxil olan videokartları üçün nəzərdə tutulmuş drayver və proqram təminatlarında ciddi sistem boşluğu aşkar edilib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!