main-post-cover

    Avropada dünyanın ən güclü külək generatoru quraşdırılıb

    Elm & Texnologiya
    04.04.2025
    Emil Nəcəfov
         Bir neçə gün öncə Siemens Gamesa şirkəti dünyanın ən güclü külək turbininin quraşdırılmasını tamamlayaraq Çin istehsalçılarına ciddi rəqib olduğunu göstərdi. Hal-hazırda Avropa şirkətləri əsasən 14-15 meqavat gücündə külək turbinləri istehsal etdiyi halda, Siemens Energy-nin törəmə bölməsi Danimarkanın sahil sularında 21.5 meqavat gücündə turbin quraşdırıb. İndiyə qədər dünyanın ən güclü külək turbinlərinin istehsalında Çin şirkətləri, o cümlədən Dongfang ElectricMingYang lider mövqedə idilər.
         Onlar 18-20 meqavat gücündə turbinlər istehsal etmiş və 26 meqavatlıq turbin yaratmaq planlarını açıqlamışdılar. Fərdi turbinlərin gücü nə qədər yüksəkdirsə, onların istehsal etdikləri enerji bir o qədər ucuz başa gəlir. Lakin bu nəhəng, hətta Eyfel qülləsi ilə müqayisə oluna biləcək hündürlükdə olan konstruksiyaların daşınması və quraşdırılması xeyli xərc tələb edir və ciddi texnoloji çətinliklərlə müşayiət olunur.
         Avropalı külək turbinləri istehsalçısı yüksək güclü qurğuların quraşdırılması və istismarı ilə bağlı bütün çətinliklərin fərqindədirlər. Buna görə də Siemens Energy hələlik 21.5 meqavatlıq turbinlərin kommersiya istehsalına başlanması barədə yekun qərar verməyib. İlk qurğu texnologiyaların sınaqdan keçirilməsi üçün bir növ test poliqonu rolunu oynayacaq. Onun istismarı və təkmilləşdirilməsi üçün lisenziya Danimarka hakimiyyəti tərəfindən 2027-ci ilə qədər verilib. Bu müddət ərzində şirkət belə turbinlərin kütləvi istehsalına başlamaq barədə qərar verəcək, yaxud diqqətini daha aşağı güclü qurğuların istehsalına yönəldəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ-da dünyanın ən kiçik kardiostimulyatoru hazırlanıb
    abs-da-dunyanin-en-kicik-kardiostimulyator-hazirlanib
    Çində 6 yaşlı uşağın idrak qabiliyyətinə sahib robot hazırlanıb (VİDEO)
    cinde-6-yasli-usagin-idrak-qabiliyyetine-sahib-robot-hazirlanib-video
    Təcrübi beyin implantı fikirləri sürətli şəkildə nitqə çevirə bilir
    tecrubi-beyin-implanti-fikirleri-suretli-sekilde-nitqe-cevire-bilir
    SpaceX-in Crew Dragon kosmik gəmisi mülki ekipajla birlikdə ilk dəfə qütblərə doğru uçuşa yollandı (VİDEO)
    spacex-in-crew-dragon-kosmik-gemisi-mulki-ekipajla-birlikde-ilk-defe-qutblere-dogru-ucusa-yollandi-video
    ABŞ-da dünyanın ən balaca uçan robotu hazırlanıb
    abs-da-dunyanin-en-balaca-ucan-robotu-hazirlanib