
Avtopilot alıcıları Tesla-ya cəlb etmək əvəzinə daha çox uzaqlaşdırır
Elm & Texnologiya
29.08.2025
Emil Nəcəfov
Bu ay 8000 amerikalı arasında aparılmış sorğunun nəticələrinə görə, respondentlərin yalnız 14 %-i elektromobillərdə FSD (Full Self-Driving) sisteminin mövcudluğunu alışı stimullaşdıran amil kimi görüb. Eyni zamanda, halların 35%-də FSD Tesla məhsullarından alıcıları uzaqlaşdıran amil kimi çıxış edib. Qalan 51% isə FSD-nin mövcudluğunu Tesla almaq qərarına təsir edən faktorla əlaqələndirməyib. Siyasi konsaltinq qrupu Slingshot Strategies tərəfindən keçirilmiş sorğuda iştirak etmişlərin təxminən yarısı ABŞ ərazisində FSD istifadəsinin qanunsuz elan edilməsinə çağırıb. Xatırladaq ki, FSD Tesla tərəfindən təqdim olunan və müəyyən şəraitdə bu markanın elektromobillərinin tez-tez sürücü müdaxiləsi olmadan idarə olunmasına imkan verən texnologiyalar kompleksidir.

Gələcəkdə, istehsalçının planına əsasən, proqram təminatı yeniləmələri hesabına FSD-nin təkamülü sistemin sürücünü tam əvəz etməsinə imkan verməlidir. İstehlakçıların FSD-yə qarşı bu cür ehtiyatlı münasibəti Tesla üçün narahatedici siqnaldır. Çünki şirkətin rəhbəri Elon Musk dəfələrlə bəyan edib ki, gələcəkdə məhz proqram təminatının və avtonom idarəetmə ilə bağlı müxtəlif xidmətlərin satışı şirkətin əsas gəlir mənbələrindən birinə çevriləcək, elektromobil satışları isə ikinci planda qalacaq. Tesla rəhbərliyi isə problemi başqa cür görür - rəhbərliyin fikrincə, istehlakçıların FSD-dən istifadə etməsini öyrətməyə daha çox diqqət yetirmək lazımdır. Elon Musk-ın keçən rüblük hesabat tədbirində bildirdiyinə görə, texniki cəhətdən FSD ilə işləyə bilən Tesla elektromobillərinin sahiblərinin təxminən yarısı heç vaxt ondan istifadə etməyə çalışmayıb.

Tesla müştərilər brend servis mərkəzlərinə müraciət etdikdə onlarla maarifləndirici iş aparmağı, Musk isə daha çox nümayiş etdirici videolar yaymağı planlaşdırır. FSD-yə giriş əldə etmək üçün opsiyanı tam və birdəfəlik almaq da tələb olunmur. Abunəlik imkanı ayda 99$-a FSD-dən istifadə etməyə və müəyyən müddətdən sonra onu daimi almağın zəruriliyinə qərar verməyə şərait yaradır. Yuxarıda qeyd olunmuş sorğuda məhz elektromobil almaq istəyən iştirakçılar arasında yalnız 20%-i sırf FSD funksiyasına görə Tesla markalı elektromobilə üstünlük verməyə hazırdır. Bununla belə, belə seçimdən imtina edənlərin payı daha yüksəkdir və 33%-ə çatır.

Sorğu müəlliflərinin qeyd etdiklərinə görə, istehlakçıların bu cür yanaşması FSD imkanları barədə aydın məlumatın olmaması və ümumilikdə Tesla-nın marketinq strategiyasına etimadsızlıqla bağlı ola bilər. Bundan başqa, FSD-nin ölümcül yol-nəqliyyat hadisələrində günahı ilə bağlı məhkəmə qalmaqalları da həm Tesla-nın ümumi nüfuzuna, həm də bu funksiyanın imicinə mənfi təsir göstərir. Sorğunun nəticələrinə əsasən, son 2 ay ərzində Tesla elektromobillərini təhlükəli hesab edən respondentlərin sayı 34%-dən 36%-ə yüksəlib, onları “çox təhlükəsiz” sayanların sayı isə 17%-dən 13%-ə düşüb. ABŞ bazarında respondentlər Honda, Toyota və Chevrolet markalı avtomobilləri ən təhlükəsiz hesab ediblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Avropada Tesla-nın satışları 40% azalıb, BYD-nın satışları 3 dəfə artıb

Avropada Tesla-nın satışları 40% azalıb, BYD-nın satışları 3 dəfə artıb
İyul ayının yekunlarına görə Tesla elektromobil satışları kəskin şəkildə azalıb və bu, artıq 7-ci ay ardıcıl davam edir, rəqib BYD isə sürətli artım nümayiş etdirib. Bunu Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) statistikası sərgiləyib.
Starlink-in istifadəçi kütləsi artıq 7 milyonu keçib

Starlink-in istifadəçi kütləsi artıq 7 milyonu keçib
SpaceX-in Starlink peyk şəbəkəsi yeni bir mərhələyə çatıb: yüksək sürətli internet artıq bütün dünyada 7 milyondan çox istifadəçiyə əlçatandır və 150 ölkə və ərazini əhatə edir.
Tesla sabah hansısa yeniliyini təqdim edəcək

Tesla sabah hansısa yeniliyini təqdim edəcək
Tesla-nın rəhbəri Elon Musk-ın reklama qarşı ilkin antipatiyasına baxmayaraq, şirkət satışların azalması və rəqabətin kəskinləşməsi şəraitində ictimai sahədə diqqəti cəlb etməyə məcbur olur.
SpaceX 10-cu cəhddən Starship-in uğurlu sınaq uçuşunu reallaşdıra bilib (VİDEO)

SpaceX 10-cu cəhddən Starship-in uğurlu sınaq uçuşunu reallaşdıra bilib (VİDEO)
SpaceX-in nəhəng raketi Starship bu ilin uğursuz buraxılışlar silsiləsini qıraraq 10-cu sınaq uçuşunu həyata keçirdi. Raket missiyanın əsas məqsədlərinin demək olar ki, hamısına çatdı - faydalı yük imitatorlarının orbitə çıxarılmasından tutmuş gəminin Yer kürəsinin digər tərəfində suya enməsinə qədər.
Çinlilər tankın idarəsi üçün artıq AR cihazdan istifadə edirlər (VİDEO)

Çinlilər tankın idarəsi üçün artıq AR cihazdan istifadə edirlər (VİDEO)
Çində sentyabr ayında planlaşdırılan hərbi paraddan əvvəl ölkənin küçələrində əvvəllər rəsmi şəkildə təqdim olunmamış yeni hərbi texnika nümunəsinin göründüyü barədə məlumatlar getdikcə daha çox dərc olunur.
Həftənin xəbərləri

