main-post-cover

    BeeFree Agro startapı mal-qaranın otarılması və idarə olunması üçün dronların istifadəsinə start verib

    Elm & Texnologiya
    13.03.2025
    Emil Nəcəfov
         İsrailin BeeFree Agro startapı mal-qaranın otarılması və idarə olunması üçün nəzərdə tutulmuş avtonom uçan dronların istifadəsinə başlayıb. Şirkətin qurucusu Noam Azran bir neçə il boyunca at belində rançolarda mal-qaraya nəzarət edib. Daha sonra bu işi insan səviyyəsində yerinə yetirə bilən avtonom sistemlərin hazırlanmasına qərar verib. Startap artıq ilk partiya avtonom dronları sifarişçiyə təhvil verib. Bu dronlar iri bir sürünün idarə olunmasını təmin edəcək. Azran bu texnologiyanın perspektivli olduğuna əmindir. 
         "Mən təsəvvür edə bilmirəm ki, 10 ildən sonra kommersiya heyvandarlığı ilə məşğul olanlar bu sistemi istifadə etməsin" - deyə BeeFree Agro-nun qurucusu bildirib. Şirkət dronların ideal çoban ola biləcəyinə əmindir. Onlar yorulmur, xəstələnmir, maaş artımı tələb etmir və 24 saat fasiləsiz işləyə bilirlər. Bundan əlavə, sistem tamamilə avtonomdur və insanın daim nəzarət etməsinə ehtiyac olmadan fəaliyyət göstərə bilər. İnkişafın əsasını adi uçan dronlar təşkil edir, lakin onlara çoban funksiyasını qazandıran xüsusi proqram təminatıdır.
         Startap hər bir inəyi izləməyə və real vaxt rejimində bütün vacib məlumatları təqdim etməyə imkan verən süni zəka modeli hazırlayıb. Dron sisteminin ilk real sınaqları bu ilin yanvarında Braziliyada başlayıb. Hazırda sistem təxminən 3 milyon baş mal-qara üzərində nəzarət həyata keçirir. Dünyada əhali artdıqca, mal ətinə olan tələbatın da yüksələcəyi gözlənilir. Buna görə də, BeeFree Agro-nun bu innovativ həlli gələcəkdə çox tələb olunan bir texnologiyaya çevrilə bilər. Azra-nın sözlərinə görə, onun şirkəti artıq dünyanın ən iri ət emalı şirkətləri ilə əməkdaşlıq edir.
    Mənbə: Israel21c
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    4 aya Marsa uçmaq: Raketlər üçün termonüvə mühərriki təqdim edilib (VİDEO)
    4-aya-marsa-ucmaq-raketler-ucun-termonuve-muherriki-teqdim-edilib-video
    Tesla və BYD-nin batareyaları müqayisə edilib
    tesla-ve-byd-nin-batareyalari-muqayise-edilib
    İnsanabənzər Atlas robotu Hyundai şirkətinin zavodunda işə başlayıb
    insanabenzer-atlas-robotu-hyundai-sirketinin-zavodunda-ise-baslayib
    Çində insanlar və robotlar üçün marafon keçiriləcək
    cinde-insanlar-ve-robotlar-ucun-marafon-kecirilecek
    Çində insanabənzər robot ictimai aşayişə nəzarət edir
    cinde-insanabenzer-robot-ictimai-asayise-nezaret-edir