Bir tələbə, ev şəraitində 2 min dollara termonüvə reaktoru hazırlaya bilib!
Elm & Texnologiya
04.09.2024
Farid Pardashunas
Termonüvə enerjisi istehsalı sahəsi, adətən böyük büdcələr və laboratoriyalar tələb edir. Lakin Nazoordeen adlı bir riyaziyyat tələbəsi, yalnız 2 min dollarlıq büdcə və 4 həftəsini sərf edərək öz yataq otağında kiçik bir termonüvə reaktoru hazırlaya bilib.
Nazoordeen, sıfır hardware təcrübəsi olmasına baxmayaraq, onlayn satın aldığı hissələrdən istifadə edərək tokamaka bənzər mini-termonüvə reaktoru yaratmağı bacarıb. Bu reaktor, plazma istehsal edə bilib, yəni sintezin baş verdiyi mühiti təmin etməyi bacarıb. Layihənin ən çətin hissəsi isə vakuum sistemi olub.
Nazoordeen, otağındakı bu kiçik laboratoriyada vakuum sistemi üçün uyğun hissələri tapmaq və sistemi sızdırmaz hala gətirmək üçün çox çalışıb. Sonda isə o, atmosferin 25 milyonda biri qədər aşağı təzyiqə nail ola bilib. Bu uğurlu layihə, təkcə Nazoordeen-in deyil, həm də süni intellekt dəstəkli Claude 3.5 çatbotunun da uğuru kimi qiymətləndirilir. Nazoordeen, layihə zamanı qarşılaşdığı bir çox texniki detalları Claude-dan soruşaraq həll etdiyini bildirir. O, Claude-un rəhbərliyi altında məlumat vərəqlərindəki məlumatlardan səmərəli istifadə edərək layihəni tamamlaya bilib.
Bu mini reaktor, hələlik əsl termonüvə reaksiyasını həyata keçirə bilməsə də, yəni neytron yaymasa da, Nazoordeen-in bu sahədə daha böyük planları var. Termonüvə reaksiyasının baş tutması üçün daha inkişaf etmiş mühəndislik işləri və ehtimal ki, daha təkmil bir reaktor lazımdır. İndi isə Nazoordeen, "tam funksional reaktor" üçün lazım olan maliyyəni gözləyir. Bu layihə, Olivia Li-nin keçən il New York-dakı mənzilində yaratdığı reaktordan ilhamlanıb. Li, Nazoordeen-in bu sahədəki uğurunu yüksək qiymətləndirərək, bu layihəni həyata keçirən yeganə şəxs olduğunu bildirib.
Linki kopyala
elmi xeber
Scientific news
termonuve sintez reaksiyasi
science
science news
elmi xeberler
Termonüvə enerjisi
termonüvə reaktoru
thermofusion reactor
fusion reactor\
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tədqiqatçılar, yağışdan enerji istehsal edən ağıllı pəncərələr hazırlayıblar!
Tədqiqatçılar, yağışdan enerji istehsal edən ağıllı pəncərələr hazırlayıblar!
Seul Universitetindən bir qrup tədqiqatçı, evlərimizi sərin saxlayaraq eyni zamanda enerji istehsal etməyə imkan verən, yağış damcılarının kinetik enerjisini elektrikə çevirən inqilabi bir ağıllı pəncərə inkişaf etdirib.
Alimlər, buzlaqlarda donmuş qədim viruslar aşkar ediblər!
Alimlər, buzlaqlarda donmuş qədim viruslar aşkar ediblər!
Tibet-dəki buzlaqları tədqiq edən alimlər, qədim zamanlardan bəri donmuş virusların mövcudluğunu aşkar ediblər.
Dünyanın ilk davamlı işləyən termonüvə reaktoru hazırlanır!
Dünyanın ilk davamlı işləyən termonüvə reaktoru hazırlanır!
Yaponiyada yerləşən enerji startapı Helical Fusion, dünyanın ilk davamlı olaraq çalışan nüvə sintezi reaktorunu 2034-cü ildə işə salmağı hədəfləyir.
NASA, Yer ətrafında görünməz elektrik sahəsi aşkar edib!
NASA, Yer ətrafında görünməz elektrik sahəsi aşkar edib!
NASA tərəfindən Yerin ətrafında görünməz ambipolyar enerji sahəsi aşkar edilərək ölçülə bilib. Cazibə qüvvəsi qədər əhəmiyyətli olan bu sahənin təkcə Yerdə deyil, digər planetlərdə də mövcud olduğu düşünülür.
Alimlər, xatirələri ömür boyu qalıcı edən metod kəşf ediblər!
Alimlər, xatirələri ömür boyu qalıcı edən metod kəşf ediblər!
Alimlər, xatirələrin ömür boyu qalmasını təmin edən 2 mühüm molekulun qarşılıqlı təsirini kəşf ediblər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!