main-post-cover

    Blue Origin yeni “super-heavy” New Glenn raketini təqdim edib

    Elm & Texnologiya
    21.11.2025
    Sevinc Miralizade
            Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Blue Origin yeni nəsil New Glenn raketinin daha böyük və gücləndirilmiş versiyasını təqdim edib. Şirkət ikinci New Glenn uçuşunun uğurla başa çatmasından dərhal sonra “super-heavy” yeni modeli ictimaiyyətə göstərib.
        Yeni variant Saturn V-dən daha hündür olacaq və ölçüləri ilə SpaceX-in Starship raketinə yaxınlaşdırılacaq. Bu versiya ilk mərhələdə 9, üst mərhələdə isə 4 raket mühərriki ilə təchiz olunub. Mövcud versiyada isə müvafiq olaraq 7 və 2 mühərrik var. Blue Origin bu iki modeli artıq rəsmi şəkildə New Glenn 9×4 və New Glenn 7×2 adlandırır.
        Gücləndirilmiş 9×4 versiyası, daha yüksək itələmə gücü sayəsində 70 metrik tondan çox yükü aşağı Yer orbitinə daşıya biləcək. Bu göstərici Starship-in nəzəri 100 tonluq daşıma gücündən bir qədər aşağı olsa da, Blue Origin bu fərqi azaltmaq niyyətindədir. Həmçinin raketin daha böyük yük bölməsi (fairing) sayəsində mega-konstellasiyalar, Ay və dərin kosmos missiyaları, eləcə də milli təhlükəsizlik layihələri üçün daha iri həcmdə yük daşımaq mümkün olacaq. Yayımlanan rəsmi təsvirlərdə New Glenn 9×4 raketinin havaya qalxdığı anda Ayın böyük şəkildə görünməsi, şirkətin NASA-nın Ay missiyalarında iştirak iddiasını açıq şəkildə göstərir. Blue Origin hazırda SpaceX ilə bu sahədə rəqabət aparır.
        7×2 versiyası da bir neçə yenilik alıb: ümumi itələmə gücü artırılıb və yük bölməsi artıq təkrar istifadə oluna biləcək. Bundan başqa, uçuşlar arasında gözləmə müddətini azaltmaq üçün əlavə texniki təkmilləşdirmələr edilib. Şirkət növbəti New Glenn uçuşunun dəqiq tarixini açıqlamasa da, hazırda 2026-cı ilin əvvəli nəzərdə tutulur. CEO Dave Limp bildirib ki, Blue Origin yaxın zamanda pilotsuz Blue Moon Mark 1 ay eniş aparatını Aya göndərmək üçün sınaq uçuşu etməyə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Amerikalıların Aya çinlilərdən daha ayaq basmaları üçün "Plan B"yə ehtiyacları var
    amerikalilarin-aya-cinlilerden-daha-ayaq-basmalari-ucun-plan-bye-ehtiyaclari-var
    Blue Origin şirkəti Ayın mənimsənilməsi planını açıqlayıb
    blue-origin-sirketi-ayin-menimsenilmesi-planini-aciqlayib
    Blue Origin şirkətinin New Glenn adlı ağır raketinin ilk uçuş testi baş tutub (VİDEO)
    blue-origin-sirketinin-new-glenn-adli-agir-raketinin-ilk-ucus-testi-bas-tutub-video
    Alimlər saatda 3.2 milyon kilometr sürətlə baş verən kosmik toqquşma müşahidə ediblər!
    alimler-saatda-32-milyon-kilometr-suretle-bas-veren-kosmik-toqqusma-musahide-edibler
    NASA, SpaceX və Blue Origin-in Aya enməsini istəyir!
    nasa-spacex-ve-blue-origin-in-aya-enmesini-isteyir