main-post-cover

    BMW zavodlarından birində insana bənzər robotlar çalışacaqlar

    Elm & Texnologiya
    19.01.2024
    Emil Nəcəfov
         Robototexnika sahəsində fəaliyyət göstərən Figure adlı startap BMW şirkəti ilə partnyorluq müqaviləsi bağlayıb. İki şirkət arasındakı bu əməkdaşlıq çərçivəsində BMW şirkəti insana bənzər Figure robotlarını ABŞ-ın Cənubi Karolina ştatındakı zavodunda istifadə edəcək. Qeyd etmək lazımdır ki, bu, 2022-ci ildə təsis edildiyi vaxtdan Figure şirkətinin ilk kommersiya məqsədli müqaviləsidir. Figure şirkətinin CEO-su Brett Adcock-un sözlərinə əsasən BMW zavodundakı istehsalat prosesində ilk əvvəl az sayda robotdan istifadə ediləcək. Əgər əmək məhsuldarlığı üzrə təyin edilmiş müəyyən göstəricilərə nail olunsa, zavoddakı robotların sayı artacaq. Məlumata əsasən robotlar zavodun müxtəlif istehsalat bölmələrinə inteqrasiya ediləcək. Avtomobil gövdəsinin istehsalından tutmuş anbar işlərinə kimi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər