BYD-nın yeni batareyaları sayəsində elektromobillər daha çox yol qətt edə biləcəklər
Elm & Texnologiya
16.04.2024
Farid Pardashunas
Çinin elektromobil istehsalçısı olan BYD şirkətinin batareyaları Tesla, Ford, Kia, Hyundai, Toyota və digər məşhur avtomobil şirkətlərinin elektromobillərində istifadə edilir. Belə ki, BYD-nın elektromobil batareyalarının texniki göstəriciləri bazarda ən yaxşıları sırasındadır. Lakin şirkət öz batareyalarını daha da təkmilləşdirmək niyyətindədir. Elektrek saytının vermiş olduğu məlumata əsasən BYD-nın prezidenti Wang Chuanfu bir neçə müddət bundan öncə baş tutmuş maliyyə görüşü zamanı bildirib ki, şirkətin Blade adlı yeni batareya seriyası daha kompakt ölçülü və yüngül olacaq.
Bununla belə yeni batareya seriyası hal-hazırda aktual olan batareya seriyasının sahib olduğu həcmi özündə birləşdirəcək. Bu isə o deməkdir ki, gələcək elektromobillər daha uzun məsafə qətt edə biləcəklər. BYD-nın hal-hazırkı batareyalarında enerji sıxlığı 150 vatt saat/kq (batareya çəkisinin yarada bildiyi enerji miqdarı) təşkil edir. Elektrek saytının məlumatına əsasən isə şirkətin yeni növ batareyalarında enerji sıxlığı 190 vatt saat/kq təşkil edə bilər. Bunun sayəsində elektromobillərin qətt etdikləri məsafə göstəricisi 1000 km-ə yüksələ bilər. Gözləntilərə əsasən BYD-nın yeni növ elektromobil batareyaları bu ilin avqust ayında işıq üzü görəcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!