main-post-cover

    Çinli alimlər Ay süxurlarından su əldə edə biliblər

    Elm & Texnologiya
    26.08.2024
    Emil Nəcəfov
         Çinli alimlər gələcəkdə Ayda olacaq yaşayış məntəqələrinin su problemlərini həll edəcək vacib kəşfi ediblər. Belə ki, 2020-ci ildə “Chang’e 5” missiyası çərçivəsində Yer kürəsinə çatdırılmış Ay süxur nümunələrinin araşdırılması zamanı alimlər süxur nümunələrinin tərkiblərində böyük həcmdə hidrogenə rast gəliblər. Alimlər süxur nümunələrinin tərkiblərindəki hidrogendən su buxarının və daha sonra su buxarından böyük həcmdə suyun əldə edilməsi üsulunu yaradıblar. Çin Elmlər Akademiyasının tədqiqatçılarının sözlərinə əsasən Ay səthindən əldə edilmiş süxur nümunələrindəki minerallarda olan hidrogen yüksək temperatura qədər qızdırılma zamanı digər elementlərlə reaksiyaya girir.
         Reaksiyanın nəticəsində su buxarı ayrılır. Məlumata əsasən çinli alimlərin yeni bu yeni kəşfləri sayəsində 1 ton Ay süxurundan 51-76 kq su əldə etmək olar. Bu isə gündəlik 50 nəfərin içməli su ehtiyacını qarşılamağa kifayət edir. Qeyd etmək lazımdır ki, Çin Kosmik Agentliyi 2035-ci ilə qədər Ayın cənub qütbündə stansiya inşa etməyi, 2045-ci ilə qədər isə Ay orbital stansiyasının istifadəyə verilməsini planlaşdırır. Qeyd etmək lazımdır ki, Aydakı suyu yalnız təbii ehtiyaclar üçün deyil, digər vacib məqsəd üçün də istifadə etmək olar. Söhbət raket yanacağının istehsalından gedir. Bunun sayəsində Aydan birbaşa Marsa uçuşlar reallaşdırmaq və kosmosu müşahidə etmək mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NASA və BP, gələcəkdə Ay və Marsdakı təbii ehtiyatları çıxaracaq!
    nasa-ve-bp-gelecekde-ay-ve-marsdaki-tebii-ehtiyatlari-cixaracaq
    Ayın səthindən əldə edilmiş süxur nümunələrində su aşkar edilib
    ayin-sethinden-elde-edilmis-suxur-numunelerinde-su-askar-edilib
    Yer ilə Ay arasında məlumat axını üçün "magistral yol" çəkiləcək!
    yer-ile-ay-arasinda-melumat-axini-ucun-magistral-yol-cekilecek
    Ayda ilk dəfə səthaltı mağara kəşf edilib
    ayda-ilk-defe-sethalti-magara-kesf-edilib
    Ayın səthində ilk dəfə mənfi ionlar aşkar edilib!
    ayin-sethinde-ilk-defe-menfi-ionlar-askar-edilib