Çinli alimlər Mars atmosferindən istifadə edərək işləyən batareya hazırlayıblar!
Elm & Texnologiya
14.10.2024
Farid Pardashunas
Çinli alimlər Mars atmosferindən yanacaq kimi istifadə edən unikal bir batareya hazırlayıblar. Çətin şərtlərdə işləyə bilən bu batareya, ənənəvi litium-ion batareyalarından çox daha yüksək enerji sıxlığına malikdir.
Mars, mürəkkəb atmosfer quruluşuna malik olan sərt bir planetdir. Atmosferində karbon qazı (95.32%), azot (2.7%), arqon (1.6%), oksigen (0.13%) və karbon monoksit (0.08%) mövcuddur. Bundan əlavə, gecə və gündüz arasında 60 dərəcəyə çatan istilik fərqləri var. Bu səbəbdən belə şərtlərdə işləyəcək bir batareya hazırlamaq çətin vəzifədir. Tədqiqatçılar, hazırladıqları batareyanın yanacaq hüceyrələrinin iş prinsipinə bənzər şəkildə Mars atmosferindəki qazlardan birbaşa yanacaq mənbəyi kimi istifadə edə biləcəyini bildirirlər. Mars batareyası, normal bir batareya kimi enerji saxlamır, yanacaq mövcud olduğu müddətdə kimyəvi reaksiyalarla davamlı olaraq elektrik istehsal edir.
Deşarj zamanı batareyanın elektrodları Marsın qazları ilə qarşılıqlı təsirə girərək elektrik yaradan kimyəvi reaksiya yaradır. Batareya boşaldıqda isə günəş enerjisi və ya nüvə enerjisindən istifadə edilərək yenidən doldurula bilər. Həmçinin Marsın ekstremal istilik fərqlərində də problemsiz işləyir. Tədqiqatçılar batareyanın 1.375 saat (təxminən 2 Mars ayı) davam edən şarj/deşarj dövrü ilə aylarla davamlı işləyə biləcəyini qeyd edirlər. Komanda batareyanın performansını ölçmək üçün planetin kəskin istilik dəyişikliklərini simulyasiya edib. Batareya 0°C-də işləyə bilib və bu temperaturda 373.9 Wh/kg enerji sıxlığı əldə edib. Bu dəyər ənənəvi litium-ion batareyalarından xeyli yüksəkdir.
Alimlər batareyanın şarj və deşarj proseslərində litium karbonatın əmələ gəlib, parçalandığını və Mars atmosferindəki az miqdardakı oksigen və karbon monoksitin reaksiyaları katalizator kimi sürətləndirdiyini bildirirlər. Tədqiqatçılar həmçinin batareyanın performansını yaxşılaşdırmaq üçün onun dizaynını optimallaşdırıblar. Şarj və deşarj zamanı Mars atmosferi ilə qarşılıqlı təsirə girən elektrod sahəsini artıraraq batareyanın effektivliyini və enerji tutumunu artırıblar. Batareya hüceyrəsinin ölçüsünü 4 sm²-ə çıxararaq, enerji sıxlığını 765 Wh/kg və 630 Wh/l-ə yüksəltməyi bacarıblar. Gələcək araşdırmalar isə aşağı təzyiq və istilik dalğalanmalarının çətinliklərini aradan qaldıra biləcək və inkişaf etmiş kosmik tədqiqat sistemlərinə yol açacaq bərk cisim Mars batareyalarının hazırlanmasına yönələcək.
Linki kopyala
china
elmi xeber
battery
Scientific news
mars battery
science
science news
elmi xeberler
mars
mars planet
mars planeti
çin
batareya
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər səs dalğalarını yalnız bir istiqamətdə ötürə bilən cihaz hazırlayıblar!
Alimlər səs dalğalarını yalnız bir istiqamətdə ötürə bilən cihaz hazırlayıblar!
Səs mənbəyini tərk etdikdən sonra dalğalar kimi hər tərəfə yayılır. Lakin alimlər səs dalğalarının yalnızca tək bir istiqamətə doğru hərəkət etməsini təmin edən bir cihaz hazırlayıblar.
Bəzi məməlilərin hamiləliklərini "gecikdirməsinə" imkan verən xüsusiyyətin insan embrionlarında da işlədiyi aşkar edilib!
Bəzi məməlilərin hamiləliklərini "gecikdirməsinə" imkan verən xüsusiyyətin insan embrionlarında da işlədiyi aşkar edilib!
Alimlər məməlilərin hamiləliklərini ətraf mühit şəraitinə uyğun olaraq gecikdirməsini təmin edən bir molekulun insanlarda da işləyə biləcəyini kəşf ediblər.
Apple-ın Çindəki fabriki blokadaya alınıb!
Apple-ın Çindəki fabriki blokadaya alınıb!
Smartfon dünyasının ən böyük adı olan Apple, iPhone istehsalının böyük bir hissəsini Çində həyata keçirir. Ancaq xüsusilə Çin və Tayvan arasındakı gərgin vəziyyət, böyük şirkətlərin fəaliyyət sahələrinə də mənfi təsir edir.
Kvant kompüterlərinin superkompüterləri necə üstələyə biləcəyi məlum olub!
Kvant kompüterlərinin superkompüterləri necə üstələyə biləcəyi məlum olub!
Kvant kompüterləri on illərdir üzərində işlənən bir mövzudur. İndi isə Google, kvant kompüterlərinin müasir ən güclü superkompüterləri necə üstələyə biləcəyini göstərib.
Çin istehsalı elektromobillərin nəyə görə belə ucuz satıldıqları məlum olub
Çin istehsalı elektromobillərin nəyə görə belə ucuz satıldıqları məlum olub
Yaponiyanın Çubu adlı mərkəzi regionunda Çin istehsalı avtomobillərin qeyri-adi sərgisi fəaliyyətə başlayıb. Keçirilən sərginin qeyri-adi tərəfi isə ondadır ki, sərgidəki Çin istehsalı avtomobillər hər bir vintə kimi hissələrə ayrılmış şəkildə təqdim olunub.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!