
Danimarkadan olan tələbələr həm üzən həm də uçan dron hazırlayıblar (VİDEO)
Elm & Texnologiya
25.07.2025
Emil Nəcəfov
Olborq Universitetinin bir qrup tələbəsi, bir uçuş dövrü ərzində həm havada uça, həm suya dalaraq su altında hərəkət edə, sonra isə yenidən havaya qalxa bilən hibrid pilotsuz uçan aparat (PUA) hazırlayıb. Qurğunun detalları 3D çap texnologiyası ilə hazırlanıb və əsas elementi bucağı dəyişən pər sistemidir. Sadə quruluşu və əlçatan texnologiyalar sayəsində bu yenilik, sualtı kəşfiyyatdan tutmuş xilasetmə əməliyyatlarınadək müxtəlif məqsədlər üçün ucuz dronların əsasını təşkil edə bilər. Aparatın çoxfunksiyalılığını isə dəyişən bucaqlı pərlər təmin edir. Mühitə uyğun olaraq, pərlər bucağını dəyişir: havada qaldırıcı qüvvə yaradır, suda isə müqaviməti azaldaraq hərəkətə dəqiq nəzarət etməyə imkan verir.

Üstəlik, bu pərlər mənfi itələmə qüvvəsi də yarada bilir ki, bu da sualtı manevr imkanlarını xeyli artırır. Yayımlanmış videoda dron əvvəlcə havaya qalxır, sonra hovuzun içinə dalır, bir müddət suyun altında hərəkət edir və yenidən havaya qalxır. Bu hərəkətləri müxtəlif rakurslardan bir neçə dəfə təkrar edir. Tələbələrin sözlərinə görə, onların layihəsi sübut edir ki, eyni platforma tamamilə fərqli iki mühitdə - hava və su altında - səmərəli şəkildə işləyə bilər. Layihənin hazırlanması iki akademik semestr davam edib. Komanda əvvəlcə aparatın modelini hazırlayıb, pər mexanizmini layihələndirib, detalları 3D printer və CNC dəzgahları ilə istehsal edib və ardınca ixtisaslaşmış proqram təminatı ilə sistemi proqramlaşdırıb.
Hibrid dronlar daha əvvəl də hazırlanmışdı - məsələn. Lakin Olborq tələbələrinin hazırladıqları bu model sadə tətbiq forması ilə fərqlənir. Onların həlli yalnız pər sisteminə əsaslanır, mürəkkəb mexaniki transformasiyalar və ya dəyişən gövdə strukturlarından istifadə edilmir, bu isə mühitlər arasında keçidi xüsusilə hamar edir. Hazırda bu dron sadəcə prototip mərhələsindədir, lakin istifadə sahələri artıq müzakirə olunur. Tələbələr hesab edirlər ki, bu cür qurğular hərbi məqsədlər, dəniz kəşfiyyatı, gəmilərin sualtı yoxlanışı və xilasetmə əməliyyatları üçün istifadə oluna bilər. Onlar üçün əsas üstünlük bu texnologiyanın əlçatanlığı və tez bir zamanda təkrarlanma imkanının olmasıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Unitree şirkəti 6000$-dan ucuz qiymətə olan insanabənzər robotunu satışa çıxarıb (VİDEO)

Unitree şirkəti 6000$-dan ucuz qiymətə olan insanabənzər robotunu satışa çıxarıb (VİDEO)
Çin şirkəti Unitree Robotics dünyanın ilk insanabənzər robotlarından biri olan R1 modelinin satışına başladığını elan edib. Bu modelin ilkin satış qiyməti 39.900 yuandan (təxminən 5900$) başlayır ki, bu da digər ölkələrdən olan rəqiblərlə müqayisədə xeyli ucuzdur.
Türkiyə şirkəti dördayaqlı hərbi robotu təqdim edib

Türkiyə şirkəti dördayaqlı hərbi robotu təqdim edib
Türkiyənin müdafiə sənayesi şirkəti Roketsan çoxfunksiyalı dördayaqlı robot kompleksi olan KOZ-un hazırlanmasını elan edib. KOZ-un əsas təyinatı çətin keçilən və təhlükəli ərazilərdə kəşfiyyat aparmaq və döyüş bölmələrinə dəstək vermək üçün nəzərdə tutulmuş avtonom platformadır.
NASA-nın yeni nüvə yanacağı kosmik uçuşları dıəyişə bilər

NASA-nın yeni nüvə yanacağı kosmik uçuşları dıəyişə bilər
Alimlər dərin kosmosda istifadə olunan kosmik aparatlara enerji təmin edən radioizotop generatorlar üçün alternativ nüvə yanacağı kimi amerisium-241-in sınaqlarını keçiriblər.
Çinin təcrübi 6G şəbəkəsi rekord yükləmə sürətini sərgiləyib

Çinin təcrübi 6G şəbəkəsi rekord yükləmə sürətini sərgiləyib
Dünya hələ 5G texnologiyasını mənimsəmək mərhələsində olduğu halda, Çin artıq növbəti nəsil rabitəyə doğru irəliləyir. Telekommunikasiya şirkəti China Mobile 6G texnologiyasının testində irəliləyiş əldə etdiyini açıqlayıb
Neuralink hər il 20 000 insana beyin çipi yerləşdirməyi planlaşdırır

Neuralink hər il 20 000 insana beyin çipi yerləşdirməyi planlaşdırır
Hazırda Neuralink-in beyin implantları klinik sınaqlar çərçivəsində müxtəlif səbəblərdən iflic olmuş 7 şəxsə implantasiya edilib. Bloomberg nümayəndələrinin əldə etmiş olduqları investor sənədlərində şirkətin illik gəlirini 1 milyard dollara çatdırmaq və növbəti onilliyin əvvəlindən etibarən hər il 20 000 nəfərin beyninə implant yerləşdirmək planlarından bəhs olunur.
Həftənin xəbərləri

