Dünyanın ən böyük elektrikli kranı təqdim edilib!
Elm & Texnologiya
01.10.2024
Farid Pardashunas
Hollandiyanın Mammoet şirkəti, özünün nəhəng elektrikli kranını rəsmi olaraq təqdim edib. Şirkətin bildirdiyinə görə, SK6000 adlı 200 metr hündürlüyə malik kran, dünyanın ən böyük və ən güclü elektrikli kranıdır.
6.000 ton qaldırma gücünə malik olan kran, böyük enerji və infrastruktur layihələrində istifadə edilmək üçün inşa edilib. Bundan əvvəlki ən böyük elektrikli kran, Konecranes şirkəti tərəfindən San Diego Limanında yerləşdirilmiş 400 tonluq Gottwald Generation 6 idi. Mammoet-in nəhəng kranı isə bundan tam 15 dəfə çox daşıma gücünə malikdir.
Mammoet, SK6000-in son illərdə sürətlə böyüyən dənizdəki külək stansiyalarındakı nəhəng türbinlərin quraşdırılması üçün ideal olduğunu deyir. 3.000 ton yükü 220 metr hündürlüyə qaldıra bilən SK6000, hazırda planlama mərhələsində olan külək stansiyalarının gələcəkdə təhlükəsiz şəkildə həyata keçirilməsini təmin edəcək. Bundan başqa, dənizdəki neft və qaz layihələri ilə yanaşı nüvə stansiyası layihələrində də istifadəsi mümkündür. SK6000 hazırda Hollandiyadakı Mammoet Westdorpe müəssisəsində test edilir və ilin sonrakı dövrlərində ilk layihəsinə hazır vəziyyətə gələcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Smartfonların qiymətlərini əhəmiyyətli dərəcədə azalda biləcək texnologiya hazırlanıb!
Smartfonların qiymətlərini əhəmiyyətli dərəcədə azalda biləcək texnologiya hazırlanıb!
Yapon alimləri, smartfonları əhəmiyyətli dərəcədə ucuzlaşdıra biləcək texnologiya hazırlayıblar. Bu texnologiya prosessor istehsal xərclərini azaldır.
Cənubi Koreyalı tədqiqatçılar, uçan alış-veriş arabası hazırlayıblar! (VİDEO)
Cənubi Koreyalı tədqiqatçılar, uçan alış-veriş arabası hazırlayıblar! (VİDEO)
Cənubi Koreyalı tədqiqatçılar alış-veriş təcrübəsini kökündən dəyişə biləcək yenilikçi kəşf ediblər. Palletrone adlı yeni məhsul dron vasitəsilə alış-veriş ərzaq arabasına çevrilir.
Ən səssiz sualtı qayıqları belə aşkar edə bilən texnologiya hazırlanıb!
Ən səssiz sualtı qayıqları belə aşkar edə bilən texnologiya hazırlanıb!
Çin, dənizin dibində elektromaqnit siqnallarından istifadə etməklə sualtı qayıqların aşkarlanma məsafəsini 20 km-ə çatdırıb. Hətta sistemin ən səssiz sualtı qayıqları belə aşkar etdiyi bildirilir.
Porsche-dən elektrik dövrünə meydan oxuyan yeni daxili yanma mühərriki ideyası!
Porsche-dən elektrik dövrünə meydan oxuyan yeni daxili yanma mühərriki ideyası!
Bugünkü elektrikli avtomobil fırtınasında Porsche, hər damcı yanacaqdan maksimum səmərəlilik əldə etmək üçün nəzərdə tutulmuş yeni daxili yanma mühərriki hazırlayıb.
Çətin səthlərə uyğunlaşa bilən və formasını dəyişə bilən təkər hazırlanıb! (VİDEO)
Çətin səthlərə uyğunlaşa bilən və formasını dəyişə bilən təkər hazırlanıb! (VİDEO)
Koreyalı tədqiqatçılar, real vaxtda formasını dəyişən və qeyri-bərabər səthləri və yüksək maneələri asanlıqla dəf edə bilən tənzimlənən təkər hazırlayıblar.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ