main-post-cover

    Dünyanın ilk çox rejimli ikiayaqlı robotu satışa çıxarılıb!

    Elm & Texnologiya
    18.10.2024
    Farid Pardashunas

         Çinli robot şirkəti LimX Dynamics, P1 adlı ikiayaqlı robotunun kommersiya versiyası olan Tron 1-i təqdim edib. Robot, müxtəlif növ hərəkətlər üçün 3 dəyişdirilə bilən ayaq ucu ilə birlikdə gəlir.

         Bu ayaq uclarından birincisi "Point-Foot" adlanan dəyirmi rezin formalı çıxıntıdır. Bu ayaq ucunun ən çevik performansı təmin etdiyi qeyd olunur. İkinci ayaq ucu isə insan yeriyişini daha dəqiq təqlid etmək üçün istifadə edilən və ayağa bənzəyən "Sole" adlı əlavədir. Sonuncusu isə təkərli ayaq ucudur. Bu ayaq ucu sayəsində robot düz səthlərdə təkərlər vasitəsilə çox daha sürətli hərəkət edə bilir. Lakin robot təkərləri kilidləyərək ayaq kimi istifadə edib, pilləkənləri və maneələri də aşa bilir.
         Tron 1-in avtomatik avadanlıq tanıma sistemi hansı ayaq ucunun taxıldığını müəyyən edərək uyğun hərəkət nəzarət proqramına keçid edə bilir. Real vaxtda uzaqdan idarə edilə bilən bu robot, həmçinin avtonom şəkildə də hərəkət edə bilir.
         Alüminium/plastik gövdəyə malik Tron 1, 85.4 sm hündürlüyə 20 kq çəkiyə sahibdir. 12-ci nəsil Intel Core i3 prosessoru ilə təchiz edilmiş robot, 1.5 saata şarj olunan litium-ion batareyası ilə 2 saatdan çox işləyə bilir. Robot eyni zamanda genişləndirmə portlarına malikdir ki, bu da kameralar, radar/lidar modulları və robotik qollar kimi periferik cihazların əlavə edilməsinə imkan verir. İkiayaqlı Tron 1 robotu, məhdud müddət üçün təqdimat qiyməti olan 15.000 dollardan satışa çıxarılıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Öz qolundan ayrılaraq müstəqil şəkildə hərəkət edə bilən robot əl hazırlanıb! (VİDEO)
    oz-qolundan-ayrilaraq-musteqil-sekilde-hereket-ede-bilen-robot-el-hazirlanib
    Hindistanda ürəyi döyünən insanabənzər robot hazırlanıb!
    hindistanda-ueryi-doyunen-insanabenzer-robot-hazirlanib
    Ukrayna, Rusiyaya qarşı hərbi robot itlərdən istifadə etməyə başlayır!
    ukrayna-rusiyaya-qarsi-herbi-robot-itlerden-istifade-etmeye-baslayir
    Tencent Robotics X, heyvan hərəkətlərini təqlid edə bilən dördayaqlı robot hazırlayıb!
    tencent-robotics-x-heyvan-hereketlerini-teqlid-ede-bilen-dordayaqli-robot-hazirlayib
    Volkswagen və UBTech şirkətləri, insanabənzər robotlarla işləyən avtomobil zavodu quracaq!
    volkswagen-ve-ubtech-sirketleri-insanabenzer-robotlarla-isleyen-avtomobil-zavodu-quracaq