main-post-cover

    Eşitmə probleminin müalicəsində inqilab: Dünyanın ən qəribə iynəsi hazırlanıb!

    Elm & Texnologiya
    27.12.2024
    Farid Pardashunas

         Eşitmə probleminin və digər daxili qulaq xəstəliklərinin müalicəsi üçün 3D çap texnologiyası ilə innovativ bir mikro iynə hazırlanıb. Bu iş təxminən 10 il davam çəkib.

         Columbia Universitetindən qulaq-burun-boğaz cərrahı Dr. Anil Lalwani və maşın mühəndisi Jeffrey Kysar tərəfindən hazırlanmış bu innovativ cihaz, daxili qulağın həssas bölgələrinə çatmaq üçün müstəsna bir həll təqdim edir. Mikro iynə texnologiyası, xüsusilə ilbiz adlanan spiral formalı daxili qulaq quruluşunda yerləşən eşitməyə cavabdeh olan hüceyrələrə zərər vermədən müalicəni həyata keçirməyi hədəfləyir. Lalwani bu icadı belə izah edir: “Mikro iynəmizin daxili qulaq üçün dəqiq tibbin açarı ola biləcəyini söyləmək heç də şişirdilmiş olmaz.
         İlbiz cəmi 2 millimetr enindədir və zədələndiyi halda daimi eşitmə itkisinə və tarazlıq problemlərinə səbəb ola biləcək zərif bir membranla örtülüdür. Ənənəvi cərrahi alətlərin bu membrana zərər vurma riski yeni müalicələrin tətbiqini çətinləşdirirdi. Yeni mikro iynə təkcə müalicə təqdim etməklə qalmır, həm də ilbizdən maye nümunələri götürərək Padalekmiksiya xəstəliyi kimi problemlərin daha yaxşı anlaşılmasını və müalicəsini asanlaşdırır. Lalwani və Kysar arasındakı əməkdaşlıq təxminən 12 il əvvəl, 2 postdoktorant tədqiqatçısının tanışlığı ilə başlayıb. Kysar daxili qulağa girişdəki çətinlikləri öyrəndikdə təəccübləndiyini deyir: “Həkimlərin insan bədəninin hər bir hissəsinə asanlıqla çata bildiyini düşünürdüm.
         Ancaq daxili qulaq mühəndislik baxımından araşdırılmamış bir sahə idi. Bu çətinlik, Kysar-ı daha dərindən araşdırmalara yönləndirib. O, ilbiz membranının incəliklərini başa düşmək və uyğun həll yolu hazırlamaq üçün qabaqcıl istehsal texnikalarından istifadə edib. Kysar və komandası yüksək dəqiqlikli 3D çap texnologiyası olan iki fotonlu photolithography (two-photon lithography) metodundan istifadə edərək insan saçından daha incə bir mikro iynə hazırlayıb. Bu texnologiya sayəsində mövcud tibbi iynələrdən daha iti və davamlı bir cihaz ortaya çıxıb.
         Hazırlanan mikro iynə membran üzərində yalnız öz qalınlığı qədər kiçik bir dəlik açır və bu dəlik 48 saat ərzində öz-özünə sağalır. Heyvanlar üzərində aparılan sınaqlarda cihazın eşitmə itkisinə və ya başqa mənfi təsirlərə səbəb olmadığı da müşahidə edilib. Gen terapiyasına uyğun olan bu iynənin dizaynını təkmilləşdirməyə davam edən Lalwani və Kysar, mikro iynənin potensialı barədə nikbin düşüncədədirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alimlər yeni bir metodla xərçəng hüceyrələrinin 99%-ni məhv etməyi bacarıblar!
    alimler-yeni-bir-metodla-xerceng-huceyrelerinin-99-ni-mehv-etmeyi-bacariblar
    Tədqiqatçılar ilk dəfə internet kabeli vasitəsilə "kvant teleportasiyası" həyata keçiriblər!
    tedqiqatcilar-internet-kabeli-vasitesile-ilk-defe-kvant-teleportasiyasi-heyata-keciribler
    Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!
    alimler-insan-beyninin-ne-qeder-suretli-bir-sekilde-dusune-bildiyini-olcubler
    Hər gün çay və qəhvə içməyin qırtlaq xərçəngi riskini əhəmiyyətli dərəcədə azaltdığı aşkar edilib!
    her-gun-cay-ve-qehve-icmeyin-qirtlaq-xercengi-riskini-ehemiyyetli-derecede-azaltdigi-askar-edilib
    Yeni dişlərin yetişdirilməsinə istiqamətlənmiş dərmanın testlərinə start verilib
    yeni-dislerin-yetisdirilmesine-istiqametlenmis-dermanin-testlerine-start-verilib