Exynos 2400 ilə Dimensity 9300-ün qrafik çipləri müqayisə edilib
Elm & Texnologiya
25.01.2024
Emil Nəcəfov
Golden Reviewer ləqəbli blogger Samsung Exynos 2400 və MediaTek Dimensity 9300 flaqman prosessorlarının qrafik çiplərini müxtəlif bençmarklarda testlərini reallaşdıraraq onların performanslarını digər prosessorların qrafik çiplərinin performansları ilə müqayisə edib. Beləliklə məlum olub ki, Exynos 2400 prosessorunun tərkibindəki AMD RDNA 3 arxitekturalı Xclipse 940 qrafik çipi bütün ənənəvi bençmarklarda Snapdragon 8 Gen 3-ün qrafik çipindən 10-15% daha ləng çalışır.
Təkcə 3DMark SolarBay ray tracing texnologiyası testində Exynos 2400 prosessoru Snapdragon 8 Gen 3-dən bir qədər irəli keçə bilib. Bununla belə Exynos 2400 (9.3 vatt) Snapdragon 8 Gen 3-dən (11.7 vatt) daha az enerji sərf edir. Məlum olub ki, Geekbench 6-da Exynos 2400-ın 10 ədəd nüvəsinin hamısına yüklənmə zamanı enerji sərfiyyatı 23 vatt-a yüksəlib. Bu isə smartfon üçün çox böyük göstəricidir. Mobil prosessorlar arasında Dimensity 9300 bütün qrafik bençmarklarda ən yaxşı nəticələri sərgiləyib. Təkcə 3DMark SolarBay ray tracing texnologiya testi zamanı Dimensity 9300 prosessoru Exynos 2400-dan geridə qalıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Snapdragon 8 Gen 4 prosessoru düşünüldüyündən daha tez təqdim oluna bilər
Snapdragon 8 Gen 4 prosessoru düşünüldüyündən daha tez təqdim oluna bilər
Qualcomm şirkəti bu il təqdim edəcəyi Snapdragon 8 Gen 4 prosessoru üzərində aktiv şəkildə çalışır.
Samsung Galaxy A55-in əsas özəlliklərindən biri məlum olub
Samsung Galaxy A55-in əsas özəlliklərindən biri məlum olub
Samsung şirkəti hal-hazırda Galaxy A seriyasının yeni smartfonlarını təqdim etməyə hazırlaşır.
Samsung Galaxy Fit 3 smart qolbağı təqdimata hazırlaşır
Samsung Galaxy Fit 3 smart qolbağı təqdimata hazırlaşır
Hələ keçən il məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy Fit 3 smart qolbağı üzərində çalışır.
Samsung Galaxy S24 Ultra dözümlülük testlərindən keçib (VİDEO)
Samsung Galaxy S24 Ultra dözümlülük testlərindən keçib (VİDEO)
Samsung şirkəti keçən həftə Galaxy S24 smartfon seriyasını təqdim etdi. Bu seriyaya daxil olan modellər arasında yalnız Galaxy S24 Ultra titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəni əldə edib.
Snapdragon 8 Gen 4-ün mühəndislik nümunəsi artıq mobil oyun testlərindən keçib
Snapdragon 8 Gen 4-ün mühəndislik nümunəsi artıq mobil oyun testlərindən keçib
X (keçmiş Twitter) istifadəçilərindən biri hələ təqdim olunmamış Snapdragon 8 Gen 4 prosessorunun mühəndislik nümunəsinin qeyri-rəsmi test nəticələrini açıqlayıb.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!