main-post-cover

    Gələcəkdə Süd Yolu və Andromeda qalaktikaları toqquşacaqmı?

    Elm & Texnologiya
    26.08.2024
    Farid Pardashunas

         Astronomlar, çoxdan düşünürdülər ki, bizim öz qalaktikamız olan Süd Yolu, bir neçə milyard ildən sonra qonşu Andromeda qalaktikası ilə toqquşacaq. Yeni araşdırma isə bu fikirlə razılaşmır.

         Astronomlar uzun müddətdir ki, Süd Yolu qalaktikasının təxminən 5 milyard ildən sonra qonşusu Andromeda qalaktikası ilə birləşməsinin qaçılmaz olduğunu düşünürdülər. Ancaq yeni bir simulyasiya onu göstərir ki, bu toqquşmanın baş vermə ehtimalı ən azı növbəti 10 milyard il ərzində bir qəpiyi havaya atdıqda hansı üzünə düşücəyini bilməyimiz qədər qeyri-müəyyəndir. Andromeda qalaktikası (və ya Messier 31), Yerdən təxminən 2.5 milyon işıq ili uzaqlıqda yerləşən ən yaxın böyük qalaktikadır. Andromeda-nın hərəkətini və işığını öyrənən astronomlar, ilk dəfə 1912-ci ildə bu qalaktikanın Süd Yolu ilə toqquşma marşrutunda olduğunu proqnozlaşdırmışdılar. Andromeda, Süd Yoluna saniyədə 110 kilometr sürətlə yaxınlaşır. Sonrakı araşdırmalar bu 2 qalaktikanın toqquşaraq vahid elliptik qalaktikaya çevriləcəyini və bu qalaktikanın "Milkomeda" olaraq adlandırıldığını irəli sürmüşdü.
         Lakin Helsinki Universitetinin astronomu Till Sawala-nın rəhbərlik etdiyi yeni araşdırma, bu toqquşmanın dəqiq olmadığını göstərir. Halbuki bu cür birləşmələr 6-10 milyard il əvvəl adi bir hadisə idi. Sawala və komandası, Gaia və Hubble kosmik teleskoplarının son müşahidələrindən istifadə edərək Yerli Qrupun (Süd Yolu və Andromeda, eləcə də bir sıra digər qalaktikaları ehtiva edən qrup) təkamülünü simulyasiya ediblər. Bu simulyasiyalar, xüsusən də yaxınlıqdakı kiçik qalaktikaların qravitasiya təsirlərini tam hesaba aldıqda 10 milyard il ərzində 2 qalaktikanın toqquşması ehtimalını 50%-ə qədər azaldır. Simulyasiyalarda Triangulum qalaktikası (M33) kimi digər böyük qalaktikalar nəzərə alındıqda birləşmə ehtimalı artıb. Lakin Böyük Magellan Buludunun orbiti daxil edildikdə, toqquşma ehtimalı azalıb. Əgər toqquşma baş verməsə, qalaktikaların bir-birindən böyük məsafədən keçəcəyi proqnozlaşdırılır. Hətta bu halda qalaktikaların xarici bölgələrinin kosmosa sovrulması ehtimalı var.
         Araşdırmalara görə, toqquşmanın baş vermə ehtimalı hələ də 50% olaraq qiymətləndirilir və bu, nəzərə alınacaq bir ehtimal deyil. Bu toqquşma baş versə, Günəş sistemimiz yeni birləşmiş qalaktikanın xarici qollarından birinə atıla bilər. Toqquşma böyük ölçüdə boşluqlarla dolu olan qalaktikalar arasında nisbətən az xaos yaratsa da, bunun yeni ulduzların əmələ gəlməsinə təkan verəcəyi bildirilir. Digər tərəfdən, bu birləşmənin bəşəriyyət üçün o qədər də əhəmiyyəti yoxdur. Çünki o vaxta qədər Yer üzündə mövcud olan insanlıq artıq yox olacaq. Çünki Günəş təxminən 5 milyard ildən sonra əsas yanacağının tükənməsi səbəbindən qırmızı nəhəngə çevriləcək və indiki vəziyyətindən xeyli böyük olacaq. O qədər ki, Günəşin qırmızı rəngdəki nəhəng vəziyyətinin Yeri udacağı proqnozlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alimlər, tullantılar üçün özünü məhv edə bilən canlı plastik adlı bioloji həll yolu tapıblar!
    alimler-tullantilar-ucun-ozunu-mehv-eden-bilen-canli-plastik-adli-bioloji-hell-yolu-tapiblar
    Alimlər, bir ulduzun qara dəliyə düşərkən nələr baş verəcəyini görmək üçün simulyasiya hazırlayıblar! (VİDEO)
    alimler-bir-ulduzun-qara-deliye-duserken-neler-bas-vereceyini-gormek-ucun-simulyasiya-hazirlayiblar-video
    Dünyanın ən sürətli mikroskopu hazırlanıb!
    dunyanin-en-suretli-mikroskopu-hazirlanib
    Superkütləli qara dəliklərin qalaktikalara necə təsir etdikləri aşkar edilib!
    superkutleli-qara-deliklerin-qalaktikalara-nece-tesir-etdiyi-askar-edilib
    Məktəb mühitində ilk dəfə nüvə sintezi reaktoru hazırlanıb!
    mekteb-muhitinde-ilk-defe-nuve-sintezi-reaktoru-hazirlanib