Günəş enerjisi ilə stratosferdə uça bilən nəhəng hərbi pilotsuz təyyarə sınaqdan keçirilib!
Elm & Texnologiya
07.10.2024
Farid Pardashunas
ABŞ və Yapon şirkətləri yüksək hündürlükdə platforma stansiyası kimi xidmət edəcək günəş enerjili hava vasitəsi hazırlayıblar. 78 metrlik qanada sahib pilotsuz uçuş aparatı (PUA), 68 kiloqrama qədər yük daşıya bilir.
AeroVironment-in kommersiya və hərbi tətbiqlər üçün hazırladığı yüksək hündürlükdə platforma stansiyası (HAPS) olan Sunglider-in yeni versiyası Horus A, 78 metrlik qanada və 1.5 kVt istifadə olunan gücə malikdir və 68 kiloqrama qədər yük daşıya bilən günəş enerjili pilotsuz uçuş aparatı stratosferdə (20 km yüksəklikdə) hərəkət edir. Yaxın zamanda sınaq uçuşunu həyata keçirən Horus A, yüksək hündürlükdə əlaqə, naviqasiya, kosmik sahə məlumatlılığı, kəşfiyyat, müşahidə və nəzarət üçün nəzərdə tutulub. Sunglider-in bu təkmilləşdirilmiş versiyasında stratosferdən sabit, yüksək sürətli və etibarlı mobil əlaqə təmin etmək məqsədilə struktur və funksional performansda yeniliklər edilmişdir.
SoftBank-ın inkişaf partnyoru olan AeroVironment, birgə hazırladıqları Sunglider-i ABŞ Müdafiə Nazirliyi ilə yaxın zamanda keçirilmiş sahə sınağında istifadə edib. Sınaq Sunglider-in çoxlu yük daşıma qabiliyyəti və stratosferik uçuş imkanlarının Müdafiə Nazirliyinin tələblərinə uyğun olduğunu uğurla nümayiş etdirib. Horus A, uçuşun tapşırıq hissəsi zamanı eyni anda Sintetik Diafraqmalı Radarı (SAR) və Taktiki Səviyyəli Şəbəkə Radiostansiyasını işə salıb. Bundan əlavə, cihazın əlverişsiz və turbulanslı hava şəraitində effektiv manevr etmə, təhlükəsiz enmə və gələcəkdə daha uzunmüddətli tapşırıqlar üçün stratosferə geri qayıtma qabiliyyəti də sınaqdan keçirilib. ABŞ Ordusundan uçuşa yararlılıq təsdiqi və milli hava məkanında uçuş sınaqlarının davamı üçün FAA-nın Xüsusi Uçuşa Yararlılıq Sertifikatını alan Horus A, yaxın vaxtlarda əməliyyat fəaliyyətinə başlamağı hədəfləyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çində 10.197 drondan ibarət hava şousu ilə dünya rekordu qırılıb! (VİDEO)
Çində 10.197 drondan ibarət hava şousu ilə dünya rekordu qırılıb! (VİDEO)
Çinin Shenzhen Bay Parkında Milli Gün qeyd etmələrinin əvvəlində 10.197 drondan ibarət möhtəşəm dron şousu keçirilib və 2 dünya rekordu qırılıb.
Londonda xəstəxanalar arasında təcili qan çatdırılması dronlar vasitəsilə ediləcək
Londonda xəstəxanalar arasında təcili qan çatdırılması dronlar vasitəsilə ediləcək
Britaniyanın Apian adlı startapı, dron istehsalçısı olan Wing şirkəti və Britaniya Milli Səhiyyə Xidməti birlikdə maraqlı bir proqramı işə salıblar.
Çində keçirilən bir nümayişdə 8100 ədəd drondan istifadə edilərək dünya rekord qırılıb! (VİDEO)
Çində keçirilən bir nümayişdə 8100 ədəd drondan istifadə edilərək dünya rekord qırılıb! (VİDEO)
Çinin Shenzhen şəhərində 8100 drondan istifadə edilməklə dünyanın ən böyük dron nümayişi həyata keçirilib.
Dünyanın ilk hidrogenlə işləyən 100 km mənzilli pilotsuz uçan aparatı havaya qaldırılıb!
Dünyanın ilk hidrogenlə işləyən 100 km mənzilli pilotsuz uçan aparatı havaya qaldırılıb!
Hidrogenlə işləyən yeni "Tianmushan No. 1" pilotsuz uçuş aparatı, Çində problemsiz şəkildə qalxış və eniş edə bilib. Yeni pilotsuz uçuş aparatı, 100 km məsafə qət edə bilən dünyanın hidrogenlə işləyən ilk dronudur.
Çin, canlı quşlardan fərqlənməyən kəşfiyyat PUA-ları hazırlayır! (VİDEO)
Çin, canlı quşlardan fərqlənməyən kəşfiyyat PUA-ları hazırlayır! (VİDEO)
Çin ordusu, uzaqdan baxıldığında canlı quşlardan fərqlənməyən pilotsuz uçuş aparatları (PUA) inkişaf etdirərək texnoloji innovasiyanın sərhədlərini növbəti dəfə aşmağa davam edir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ