İnsanların daha uzun yaşamasına kömək etmək üçün böyük bir plan işə salınıb!
Elm & Texnologiya
23.09.2024
Farid Pardashunas
Elm adamları, Human Genome Project 2 adlı araşdırma çərçivəsində insanların daha uzun və sağlam ömür sürməsinə kömək etməyi hədəfləyirlər.
Çinli tədqiqatçılar, insanların daha uzun və sağlam ömür sürməsinə kömək etmək üçün yeni beynəlxalq plan hazırlayıblar. İnsan Genomu Layihəsinin (Human Genome Project 2 - HGP) uğuruna əsaslanan bu yeni mərhələ, dünya əhalisinin 1%-inin, yəni 80 milyon insanın genomlarını ardıcıllıqla tərtib etməyi hədəfləyir. Bu iddialı layihə, genetik xəstəliklər üçün diaqnostik və skrininq testlərini təkmilləşdirmək və ictimai səhiyyədə yeni era başlamaq məqsədi daşıyır. Layihə 15 ölkədən olan tədqiqatçıların əməkdaşlığı ilə həyata keçirilir. Bu ölkələrə Türkiyə, Çin, ABŞ, İngiltərə, Fransa və Yaponiya kimi elmi güc mərkəzləri daxildir. HGP2 adlanan bu ikinci mərhələnin əsas məqsədi insan genomunu daha dərindən başa düşmək və sağlam ömrü uzatmaq üçün genom məlumatlarından istifadə etməkdir.
HGP2, qabaqcıl texnologiyalardan, məlumat analitikasından və müdaxilə üsullarından istifadə etməklə genetik xəstəliklərin qarşısının alınmasına və səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına yol açmağı hədəfləyir. Hədəf edilən birinci mərhələ dünya əhalisinin 1%-inin genomunun ardıcıllaşdırılması olsa da, layihə bu nisbətlə məhdudlaşmayacaq. Araşdırma qrupu bildirir ki, HGP2 qlobal sağlamlıq siyasətlərində yeni paradiqma yaradacaq və bütün bəşəriyyət üçün sağlam və uzun ömür yolu açacaq. İnsan Genomu Layihəsi, 1990-cı ildə amerikalı həkim-genetik Francis Collins rəhbərliyi altında ABŞ tərəfindən maliyyələşdirilmiş və 2003-cü ildə tamamlanmışdır. 3 milyard DNT hərfini ardıcıllıqla tərtib edən bu beynəlxalq layihə, atomu parçalamaq və ya Aya getmək qədər böyük elmi nailiyyət hesab olunur. Həmin dövrdə beynəlxalq konsorsiumda Çin, İngiltərə, Fransa, Almaniya və Yaponiya kimi ölkələr də iştirak edirdi.
Çin, bu layihədə öz rolunu 1999-cu ildə yaradılmış BGI Group ilə öz üzərinə götürüb. Shenzhen-də yerləşən bu tədqiqat təşkilatı, insan genomunun ardıcıllaşdırılmasında mühüm rol oynayıb. HGP2 layihəsi də Çin alimlərinin təşəbbüsü ilə doğulub. Çinin Fudan və Pekin Universitetinin tədqiqatçıları da layihənin arxasında duran 21 nəfərlik beynəlxalq komandaya öz töhfələrini verirlər. Layihənin maliyyələşdirilməsinin cari və gələcək milli təşəbbüs büdcələri, Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının vəsaitləri hesabına təmin edilməsi nəzərdə tutulur.
Tədqiqatçılar, genom sıralama xərclərinin 100 dollardan aşağı düşməsi nəticəsində şəxsi genomların daha əlçatan hala gəldiyini vurğulayırlar. Battelle tərəfindən 2011-ci ildə dərc edilən hesabata görə, ABŞ hökumətinin İnsan Genomu Layihəsinə (HGP 1) 3.8 milyard dollar investisiya qoyması ABŞ iqtisadiyyatına 796 milyard dollar töhfə verib və şəxsi gəlirdə 244 milyard dollar artım yaradıb. Bundan əlavə, layihə 310 000 yeni iş yeri yaratmışdır. 2010-cu ildə genomika əsaslı sənaye, hökumətin sərmayəsini federal və ştat vergiləri vasitəsilə geri qaytarıb. Yəni bu layihə təkcə insan həyatına töhfə vermək məqsədi daşımır, həm də ölkə iqtisadiyyatına böyük töhfələr vermək potensialına malikdir.
Linki kopyala
elmi xeber
Scientific news
science
science news
elmi xeberler
human genome project
human genome project 2
hgp1
hgp2
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər, yeni qan qrupu kəşf ediblər!
Alimlər, yeni qan qrupu kəşf ediblər!
Tədqiqatçılar, 50 ildir həll olunmamış bir sirri işıqlandıran yeni qan qrupu sistemi kəşf ediblər. “MAL” adlanan yeni qan qrupu, nadir bir xəstəliyi müalicə etməyə imkan verəcək.
Ay torpağından oksigen çıxara bilən vasitə hazırlanıb!
Ay torpağından oksigen çıxara bilən vasitə hazırlanıb!
Sierra Space, NASA-nın Johnson Kosmik Mərkəzində Ay torpağından ilk avtomatlaşdırılmış oksigen çıxarma prosesini həyata keçirib. Bu tarixi inkişaf, Ayda qurulacaq yaşayış yerləri üçün böyük əhəmiyyət kəsb edir.
Araşdırmala görə, YouTube və TV səsilə yatmaq əslində sağlamlığa zərər vermirmiş!
Araşdırmala görə, YouTube və TV səsilə yatmaq əslində sağlamlığa zərər vermirmiş!
Müasir dövrdə yuxusuzluq insanların həyat keyfiyyətini mənfi təsir edən geniş bir problemə çevrilib. Məsələn, qonşu səsləri, motor və ya avtomobil səsləri yuxunu poza bilər, lakin bəziləri də YouTube və ya TV səsi ilə yatmağı üstün tutur. Bəs səs-küylə yatmaq həqiqətən də o qədər zərərli olmaya bilərmi?
Tədqiqatçılar, yalnız işıqdan ibarət birölçülü qaz kəşf ediblər!
Tədqiqatçılar, yalnız işıqdan ibarət birölçülü qaz kəşf ediblər!
Elm adamları, işıqdan ibarət birölçülü qaz yaratmağı bacarıblar. Bu yeni kəşf, işığın davranışı və xüsusiyyətləri haqqında daha dərin biliklər əldə etməyə imkan verə bilər.
Yeni araşdırmalara görə, Yer kürəsi bir vaxtlar Saturn planeti kimi görünmüş ola bilər!
Yeni araşdırmalara görə, Yer kürəsi bir vaxtlar Saturn planeti kimi görünmüş ola bilər!
Saturnun halqaları planetin ən simvolik xüsusiyyətlərindən biridir. Bir müddət əvvəl aparılan yeni araşdırmalara görə, Yer kürəsinin də bir zamanlar Saturn kimi halqaları ola bilərmiş.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!