
İqlimlə bağlı bir neçə "qırılma nöqtəsi" baş verə bilər
Elm & Texnologiya
01.05.2025
Emil Nəcəfov
Yeni araşdırma göstərir ki, əgər insanlıq qlobal siyasəti təcili şəkildə dəyişdirməsə, iqlimlə bağlı bir neçə "qırılma nöqtəsi"nin baş vermə ehtimalı var. Alimlərin fikrincə, hazırda fəlakət riski 62% təşkil edir, lakin hələ də bu riskin qarşısını almaq mümkündür. Alimlər uzun illərdir planetin üzərində qara bulud kimi dolaşan iqlim böhranının nəticələri barədə xəbərdarlıq edirlər. Dünya artıq misli görünməmiş istilik dalğaları və quraqlıqlarla üzləşib, okeanlar sürətlə qızır, planet isə buz örtüklərini itirir. Lakin gələcəkdə Yer üçün iqlim ssenarisi daha da pis ola bilər. Yeni araşdırmada alimlər planetin sistemindəki 16 kritik komponent üzrə qırılma riskini qiymətləndiriblər. Bunlara buz örtüklərinin dağılması, tropik mərcan riflərinin itirilməsi və geniş meşələrin məhv olması daxildir.

Nəticələr göstərir ki, mövcud siyasət və proqnozlaşdırılan qlobal istiləşmə fonunda bir və ya bir neçə "qırılma nöqtəsi"nin keçilməsi riski orta hesabla 62%-dir. Bu isə ən konservativ qiymətləndirmədir. Bəşəriyyət üçün sevindirici hal odur ki, daha aşağı parnik qazı emissiyası ilə davamlı yolların seçilməsi bu riski əhəmiyyətli dərəcədə azalda bilər. Araşdırma Exeter və Hamburq Universitetlərinin alimləri tərəfindən aparılıb və eyni zamanda göstərir ki, bəzi dönüş nöqtələrində baş verən karbon emissiyası Yer kürəsində digər dönüş nöqtələrini işə salacaq qədər istiləşməyə səbəb olmayacaq. Burada Amazon meşələrinin məhv olması və daimi donmuş torpaqların əriməsi kimi ssenarilər nəzərdə tutulur.

Araşdırmanın aparıcı müəllifi Jakob Deutloff sözlərinə görə, yaxşı xəbər odur ki, insanlığın fəlakəti dayandırmaq üçün hələ də şansı var. Daha dayanıqlı və aşağı emissiyalı bir gələcəyə doğru irəliləməklə bu dönüş nöqtələrinin işə düşmə riski əhəmiyyətli dərəcədə azalır. Qeyd edək ki, “geri dönüş nöqtəsi” o zaman baş verir ki, kiçik bir dəyişiklik bütün sistemi yeni bir vəziyyətə keçirərək ciddi və uzunmüddətli dəyişikliklərə səbəb olur. Araşdırmada bu dönüş nöqtələrinin ehtimalı 5 fərqli ssenari əsasında qiymətləndirilib, bu ssenarilər ümumi sosial-iqtisadi yollar (SSP) kimi tanınır. Eyni zamanda, Exeter Qlobal Sistemlər İnstitutundan professor Tim Lenton-un sözlərinə görə, iqlimlə bağlı geri dönüş nöqtələri insanlıq və bütövlükdə planet üçün dağıdıcı nəticələrə səbəb ola bilər. Tədqiqatçılar həmçinin etiraf edirlər ki, hazırda dünya “təhlükəli bir trayektoriya” üzrə hərəkət edir və əgər biz bu kursu dəyişə bilməsək, vəziyyət kəskin şəkildə pisləşəcək.
Mənbə: Scitechdaily
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İqlim dəyişikliyi dünya iqtisadiyyatının 40%-ni məhv edə bilər

İqlim dəyişikliyi dünya iqtisadiyyatının 40%-ni məhv edə bilər
Yeni tədqiqat göstərir ki, iqlim dəyişikliyi dünya iqtisadiyyatına inanılmaz dərəcədə ziyan vuracaq. Üstəlik, alimlər hesab edirlər ki, bu ziyanın miqyası çox güman ki, indiyədək yetərincə qiymətləndirilməyib - dünya iqtisadiyyatının 40%-ə qədəri zərər görəcək.
Planetimizdəki bütün su ehtiyatları sürətlə tükənir

Planetimizdəki bütün su ehtiyatları sürətlə tükənir
Yeni bir tədqiqatın narahatedici nəticələri göstərir ki, planetdə quruda saxlanılan “əhəmiyyətli” miqdarda su ehtiyatları artıq tükənib. Söhbət torpaq, göllər və çaylar kimi mənbələrdən gedir.
Yer kürəsinin qlobal temperaturu 7 dərəcə Selsi yüksələ bilər

Yer kürəsinin qlobal temperaturu 7 dərəcə Selsi yüksələ bilər
İllərdir alimlər planetin üzərində dolaşan iqlim böhranının nəticələri barədə xəbərdarlıq edirlər. Dünya artıq inanılmaz istilik dalğaları və quraqlıqlarla üzləşib, bütün dünyada buzlaqlar buz örtüklərini itirir, qlobal okean səviyyəsi isə amansız şəkildə qalxır.
Alimlər anomal istilik səbəbilə həyəcan təbili çalırlar

Alimlər anomal istilik səbəbilə həyəcan təbili çalırlar
İqlim dəyişikliyi ilə bağlı qarşıdan gələn xaosda çox az şey dəqiqdir, lakin bir məqam aydındır: Ekstremal istilər - digər heç bir təhlükəyə bənzəməyən bir təhdiddir. Alimlərin fikrincə, dəniz səviyyəsinin qalxması milyonlarla insanın köçməsinə, hava şəraitinin dəyişməsi isə qida sistemlərinin sabitliyini pozmasına səbəb ola bilər, lakin istilər - tamam fərqli bir düşməndir.
Qlobal istiləşmə insanları içməli sudan məhrum edə bilər

Qlobal istiləşmə insanları içməli sudan məhrum edə bilər
Qlobal istiləşmə həyatımızın bir çox sahəsinə və sağlamlığımıza təsir edir. Lakin alimlərin son hesabatlarına görə, bu proses bizi sağ qalmaq üçün ən vacib resurslardan biri - təmiz içməli sudan məhrum edə bilər.
Həftənin xəbərləri

