İstilik dalğaları səbəbilə bütün dünyada həyatlarını itirmiş insanların sayı məlum olub
Elm & Texnologiya
27.05.2024
Emil Nəcəfov
Avstraliyanın Monaş Universitetinin mütəxəssisləri bütün dünyada istilik dalğalarının səbəb olduqları ölümlərin qlobal xəritəçəkməsi üzrə ilk tədqiqatı aparıblar. Aparılmış tədqiqatın nəticələrinə əsasən 1990-cı ildən 2019-cu ilə kimi bir sezon ərzində ekstremal temperaturlar səbəbilə baş vermiş ölümlərin sayı 153 000-dən çoxdur. Alimlər həmçinin təyin ediblər ki, istilik dalğalarının ən çox təsir göstərmiş olduqları region Asiyadır. Belə ki, ekstremal temperaturların səbəb olduqları ölümlərin yarısı məhz Asiya regionunda müşahidə edilib. 1850-ci ildən 1990-cu ilə kimi olan zaman aralığından fərqli olaraq 2013-cü ildən 2022-ci ilə kimi qlobal temperatur artımı 1.14 dərəcə Selsi təşkil edib.
Bu yüzilliyin sonuna kimi isə planetin qlobal temperatur göstəricisinin 0.41-3.41 dərəcə Selsi artacağı gözlənilir. İqlim dəyişikliyi nəticələrinin güclənmələri ilə yanaşı eyni zamanda istilik dalğaları getdikcə daha da ekstremal olacaqlar. Mütəxəssislər gündəlik ölümlər və dünyanın 43 ölkəsində ümumilikdə 750 ərazinin temperatur məlumatlarını analiz ediblər. Nəticədə onlar aşkar ediblər ki, 1990-cı ildən 2019-cu ilə qədərki zaman aralığında istilik dalğaları ilin isti fəslində 10 milyon əhali arasında ortalama 236 nəfərin ölümünə səbəb olub. İstilik dalğalarına ən həssas olan regionlar aşağıdakılardır.
- Cənubi və Şərqi Avropa
- Qütb və alp iqliminə sahib ərazilər
- Yüksək gəlirin olduğu regionlar.
Bununla belə tropik iqlimə və aşağı gəlir səviyyəsinə sahib regionlarda istilik dalğaları ilə əlaqəli olan ölüm hallarının sayında azalma müşahidə edilib. Güman olunur ki, istilik dalğaları insan orqanizminə güclü istilik stressi yaşadaraq ölüm riskini artırır. Bundan əlavə olaraq ekstremal temperaturlar bir çox orqanın disfunksiyasına səbəb olurlar. Alimlər qeyd ediblər ki, istilik dalğaları xroniki xəstəliklərə də çox mənfi təsir göstərə bilərlər.
Linki kopyala
qlobal istileshme
iqlim deyishikliyi
science
science news
qlobal istilesme
iqlim deyisikliyi
global warming
climate change
Bənzər xəbərlər
Oxşar xəbərlər
Artıq tikintidə beton əvəzinə taxtadan istifadə edilə bilər!
Artıq tikintidə beton əvəzinə taxtadan istifadə edilə bilər!
Çoxmərtəbəli binaların tikinti sənayesində inqilabi material olan Çapraz Laminatlı Taxtalardan istifadə oluna bilər.
40 işıq ili uzaqlığında Yer kürəsinə bənzəyən yeni ekzoplanet kəşf edilib
40 işıq ili uzaqlığında Yer kürəsinə bənzəyən yeni ekzoplanet kəşf edilib
Alimlər TESS kosmik teleskopundan istifadə edərək Yer kürəsindən 40 işıq ili uzaqlığında yerləşən yeni ekzoplaneti kəşf ediblər.
Növbəti 10 il ərzində baş transplantasiyasının robotlar tərəfindən həyata keçirilməsi planlaşdırılır! (VİDEO)
Növbəti 10 il ərzində baş transplantasiyasının robotlar tərəfindən həyata keçirilməsi planlaşdırılır! (VİDEO)
BrainBridge adlı startapın fikrincə, aşağı büdcəli elmi fantastika filmi kimi səslənsə də, robotlar tərəfindən baş transplantasiyası cəmi on il ərzində reallığa çevrilə bilər.
Marsda bioloji həyat növü təkcə keçmişdə deyil, indiki zamanda da mövcud ola bilər
Marsda bioloji həyat növü təkcə keçmişdə deyil, indiki zamanda da mövcud ola bilər
Alimlər Yer kürəsində bəzi mikroorqanizmlərin hətta ən ekstremal şəraitlərdə belə yaşaya bildiklərini nəzərə alaraq Marsda bioloji həyat növünün mümkün mövcudluğuna dair izləri axtarmağa davam edirlər.
Qədim Marsda həyat növünün olub-olmadığını təyin edəcək ən ideal süxur nümunəsi əldə edilib
Qədim Marsda həyat növünün olub-olmadığını təyin edəcək ən ideal süxur nümunəsi əldə edilib
NASA-nın Marsdakı Perseverance missiyası ilə yaxından məşğul olan komandasının nümayəndəsi bildirib ki, Perseverance aparatı qədim Marsda bioloji həyat növünün mövcud olub-olmadığını təyin etməyə imkan verəcək ən ideal süxur nümunəsini əldə edib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!