main-post-cover

    Mars süxur nümunələrinin ucuz qiymətə Yerə çatdırılması təklif edilib

    Elm & Texnologiya
    08.07.2025
    Emil Nəcəfov
         Lockheed Martin NASA-nın Mars Sample Return (MSR) missiyası çərçivəsində Marsdan Yerə süxur nümunələrinin gətirilməsi üçün daha az xərc tələb edən bir təklif irəli sürüb. Bu missiya texniki çətinliklər və ABŞ-ın hazırkı Ağ Ev administrasiyasının prioritetlərinin dəyişməsi səbəbindən ləğv olunma təhlükəsi ilə üz-üzə qalmışdı. Şirkət iddia edir ki, onların təklifi nümunələrin çatdırılma xərclərini 2 dəfədən çox azaltmağa imkan verəcək. Lockheed Martin bildirib ki, planetlərin öyrənilməsi üzrə əvvəlki proqramlardakı təcrübəsinə əsaslanaraq, Mars Sample Return (MSR) missiyasını 3 milyard dollardan az sabit qiymətli müqavilə əsasında yerinə yetirə bilər. Şirkət həmçinin əlavə xərclərin baş verməsi halında bu vəsaiti öz hesabına qarşılayacağını vəd edib. İdeya ondan ibarətdir ki, hazırda hazırlanmaqda olan planetlərarası kosmik gəmi daha sadə və yüngülləşdirilmiş bir versiya ilə əvəz olunsun.
         Bu yeni versiya Lockheed Martin-in əvvəlki kosmik missiyalar üçün topladığı təcrübəyə əsaslanaraq hazırlanacaq. Aparatın kütləsinin azaldılması xüsusilə vacibdir, çünki bu cür missiyalarda ən böyük xərclər avadanlığın Marsa və geriyə çatdırılmasına gedir. Hər azaldılmış kiloqram xeyli qənaət vəd edir. Xüsusilə, hazırkı eniş aparatı daha kiçik bir model ilə əvəzlənməsi təklif olunur. Bu model Lockheed Martin-in əsas podratçısı olduğu InSight Mars eniş moduluna əsaslanacaq. Mars orbitinə nümunələri çatdırmaq üçün nəzərdə tutulmuş geri dönüş raketi - Mars Ascent Vehicle (MAV) daha kiçik və daha yüngül olacaq. Bu raketin Qırmızı planetə eniş modulu daxilində çatdırılması planlaşdırılır. Raket xüsusi olaraq bu missiya üçün hazırlanacaq və onun çəkisi 500-660 funt (təxminən 250-300 kq) arasında olacaq. Eyni zamanda, bu raket təxminən 5 kq nümunə yüklərini daşımaq qabiliyyətinə malik olacaq.
         Həmçinin, nümunələrin Yerə qaytarılması üçün daha kompakt kapsuldan - Yer atmosferinə daxilolma sistemindən (EES) istifadə olunması təklif edilir. Bu sistem NASA-nın uzaq kosmosdan nümunələrin geri qaytarılması üzrə uğurlu missiyalarına (Genesis, Stardust və OSIRIS-REx) əsaslanır. Təklif olunan kapsul mövcud analoqlardan daha yüngül olacaq, kompozit konstruksiyaya və xüsusi olaraq hazırlanmış istilik qalxanına sahib olacaq ki, bu da onun atmosferə daxil olmasını təmin edəcək. Bundan əlavə, Lockheed Martin eniş modulunun Yerdən Marsa çatdırılması üçün daşıyıcı mərhələnin qurulmasını da təklif edir. Şirkət həmçinin, NASA-nın və potensial planetlərarası çirklənmənin qarşısını almağa dair beynəlxalq protokolların tələblərinə uyğun olaraq, geri qaytarılacaq kapsulun hermetikliyinin təmin olunması və onun təhlükəsizliyinin qorunması ilə bağlı məsələləri öz üzərinə götürməyə hazır olduğunu bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Pentaqon nüvə raket mühərriki layihəsini ləğv edib
    pentaqon-nuve-raket-muherriki-layihesini-legv-edib
    ABŞ Senatı NASA-nın Ay proqramının büdcəsini genişləndirmək istəyir
    abs-senati-nasa-nin-ay-proqraminin-budcesini-genislendirmek-isteyir
    Marsda mikrob həyatının olub-olmamasının təyini ilə bağlı irəliləyiş var
    marsda-mikrob-heyatinin-olub-olmamasinin-teyini-ile-bagli-irelileyis-var
    Marsda qədim qrunt sularının mümkün izləri aşkar edilib
    marsda-qedim-qrunt-sularinin-mumkun-izleri-askar-edilib
    Yeni fotolar Mars səthinin altında buzun olduğuna işarə edirlər
    yeni-fotolar-mars-sethinin-altinda-buzun-olduguna-isare-edirler