main-post-cover

    Marsda buz kəşf edilib!

    Elm & Texnologiya
    12.06.2024
    Farid Pardashunas

         Avropa Kosmik Agentliyi, Marsın ekvator bölgəsindəki vulkanının zirvəsində buz qatının aşkar edildiyini açıqlayıb. Ekspertlər, bunun gözlənilməz bir vəziyyət olduğunu bildirirlər.

         Avropa Kosmik Agentliyi (ESA), Marsda Günəş sistemindəki ən yüksək vulkanik dağların zirvəsində buzun olduğunu aşkar edib. Bu maraqlı kəşfdir, çünki əvvəllər Marsın ekvator bölgəsində bunun mümkün olmayacağı düşünülürdü. Marsın qütb bölgələrində buzlaqların olduğu məlumdur, lakin ilk dəfədir ki, ekvatorda yerləşən Tarsis bölgəsində buz tapılır. Günəş sisteminin ən hündür vulkanlarından biri olan Tarsis vulkanındakı bu kəşf, olduqca maraqlıdır. Bu hündürlükdəki nazik hava qatında demək olar ki, su yoxdur və Günəş işığının şaxtanın əmələ gəlməsinə imkan verməyəcəyi düşünülürdü.
         Lakin ESA-nın Trace Gas Orbiter-indən alınan yüksək keyfiyyətli təsvirlər, orbiterin alətlərindən və agentliyin Mars Express kosmik gəmisindən alınan məlumatlar ilə birləşdirildikdə bu vəziyyət dəyişdi. Sözügedən kəşf, İsveçrənin Bern Universitetinin doktorantı Adomas Valantinas-ın rəhbərlik etdiyi qrup tərəfindən həyata keçirilib. O, səhər erkən saatlarında 3.5 milyard illik vulkanların kalderalarında və ya kraterlərində şaxta əmələ gəldiyinə dair aydın dəlillər tapıb. Bununla belə, aşkar edilən buz təbəqəsinin qalınlığı çox nazik, hətta biraz daha dəqiq desək, millimetrin yüzdə biri qədərdir. Ancaq çox böyük bir ərazini əhatə etdiyi üçün çəkisinin 150 min ton olduğu təxmin edilir. Bu miqdar, 60 olimpiya hovuzunu doldurmağa kifayət edəcək qədər böyük bir rəqəmdir.
         Tədqiqat qrupundan olan Nicolas Thomas, şaxtanın əmələ gəlməsini belə izah edir: "Küləklər dağların yamacları ilə yuxarıya doğru hərəkət edərək nisbətən nəmli havanı səthə yaxın yerlərdən yüksək hündürlüklərə aparır, burada kondensasiya olunur və şaxta kimi aşağıya çökür.". Biz əslində bunun Yerdə və Marsın digər hissələrində baş verdiyini görürük. Eyni fenomen, mövsümi Mars Arsia Mons Uzadılmış Buluduna da səbəb olur. Mars vulkanlarında gördüyümüz şaxtanın xüsusilə kalderanın kölgəli, soyuq hissələrində məskunlaşdığı müşahidə edilir.
         Valantinas, kəşfləri ilə bağlı bunları deyir: "Bizim gördüyümüz şey, keçmişdə bu vulkanlarda yağıntıların və hətta qarın yağdığı müasir Marsda qədim iqlim dövrünün qalığı ola bilər. Onun burada olması həyəcanvericidir və şaxtanın əmələ gəlməsinə imkan verən qeyri-adi proseslərə işarə edir.”.  Bu hadisə təkcə meteoroloji nöqteyi-nəzərdən vacib deyil, həm də suyun harada tapıla biləcəyi, necə hərəkət etdiyi və milyardlarla il əvvəl iqlimin necə olduğu kimi Marsın bir çox sirlərini anlamağa kömək edə bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bütün evlər elektrik enerjisini saxlayan beton sayəsində nəhəng batareyalara çevrilə bilər!
    butun-evler-elektrik-enerjisini-saxlayan-betonla-neheng-akkumulyatorlara-cevrile-biler
    Elektron tullantıları yeyən bakteriyalar sayəsində zibilliklər artıq xəzinəyə çevrilir!
    elektron-tullantilari-yeyen-bakteriyalar-sayesinde-zibillikler-artiq-xezineye-cevrilir
    Marsda kəşf edilən “çuxur” planetin tədqiqi üçün önəmli ola bilər!
    marsda-kesf-edilen-cuxur-planetin-tedqiqi-ucun-onemli-ola-biler
    Dünyada ilk dəfə qəpik ölçüsündə 3D printer hazırlanıb!
    dunyada-ilk-defe-qepik-olcusunde-3d-printeri-hazirlanib
    Ayın səthində ilk dəfə mənfi ionlar aşkar edilib!
    ayin-sethinde-ilk-defe-menfi-ionlar-askar-edilib