MediaTek Dimensity 9400 flaqman prosessorunun bəzi texniki imkanları məlum olub
Elm & Texnologiya
09.04.2024
Farid Pardashunas
MediaTek şirkəti bu il öz yeni flaqman prosessorunu təqdim etməlidir. Söhbət, Dimensity 9400-dən gedir. Ortaya çıxmış yeni məlumata əsasən sözügedən prosessor özündə 30 milyard tranzistoru birləşdirə bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 15 Pro ilə iPhone 15 Pro Max-da istifadə edilən A17 Pro prosessoru 19 milyard tranzistora sahibdir. Məlumatda qeyd edilib ki, Dimensity 9400 prosessoru 9 nüvəli olacaq və nüvələr “1+4+4” sxemi üzrə yerləşəcəklər.
Yəni prosessor özündə 1 ədəd Cortex-X5 nüvəsini, 4 ədəd Cortex-X4 nüvəsini və 4 ədəd Cortex-A720 nüvəsini birləşdirməlidir. Prosessor həmçinin süni zəka və machine learning əməliyyatları üçün yeni nəsil neyron çipinə sahib olacaq. Gözləntilərə əsasən Dimensity 9300 ilə müqayisədə Dimensity 9400-ün qrafik performansı 20% yüksələ bilər. Bu halda o, bu ilin ikinci yarısında təqdim olunacaq Snapdragon 8 Gen 4 prosessorunu rahatlıqla geridə qoya bilər. Qeyd etmək lazımdır ki, Dimensity 9400 prosessoru 3 nanometrlik texnoloji proses əsasında hazırlanacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
MediaTek 2023-cü ilin dördüncü rübündə ən böyük mobil prosessor istehsalçısına çevrilib
MediaTek 2023-cü ilin dördüncü rübündə ən böyük mobil prosessor istehsalçısına çevrilib
Canalys analitik şirkəti keçən ilin dördüncü rübü üzrə mobil prosessorlar bazarının vəziyyəti ilə bağlı hesabatı təqdim edib.
MediaTek real zaman ərzində foto tərtibatını reallaşdıran texnologiyasını sərgiləyib (VİDEO)
MediaTek real zaman ərzində foto tərtibatını reallaşdıran texnologiyasını sərgiləyib (VİDEO)
MediaTek şirkəti MWC 2024 sərgisi çərçivəsində fotoların tərtibatı mövzusunda yeni nəsil texnologiyasını sərgiləyib.
Büdcəli smartfonlar üçün MediaTek Helio G91 prosessoru təqdim edilib
Büdcəli smartfonlar üçün MediaTek Helio G91 prosessoru təqdim edilib
MediaTek şirkəti büdcəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib.
MediaTek Dimensity 9400 flaqman prosessoru yeni nüvə arxitekturasını əldə edəcək
MediaTek Dimensity 9400 flaqman prosessoru yeni nüvə arxitekturasını əldə edəcək
MediaTek şirkətinin bu il təqdim edəcəyi Dimensity 9400 flaqman prosessoru barəsində daha öncə ortaya çıxmış məlumatlarda qeyd edilmişdi ki, şirkət sözügedən prosessorda 4 ədəd Cortex-X nüvəsindən istifadə praktikasını aradan qaldıracaq.
MediaTek Dimensity 9400n flaqman prosessorunun nə zaman təqdim olunacağı açıqlanıb
MediaTek Dimensity 9400n flaqman prosessorunun nə zaman təqdim olunacağı açıqlanıb
MediaTek şirkətinin CEO-su Rick Tsai şirkətin növbəti flaqman prosessoru olacaq Dimensity 9400-ün nə zaman təqdim olunacağı barəsində məlumat verib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!