main-post-cover

    MediaTek Dimensity 9400 flaqman prosessorunun təfərrüatları açıqlanıb

    Elm & Texnologiya
    31.05.2024
    Emil Nəcəfov
         MediaTek şirkəti bu il yeni flaqman prosessorunu təqdim edəcək. Söhbət, Dimensity 9400-dən gedir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında bu yeni prosessor barəsində yeni məlumatları bölüşüb. Beləliklə insayderin sözlərinə əsasən MediaTek-in bu yeni flaqman prosessoru MT6991 model nömrəsinə sahibdir və o, TSMC şirkətinin N3E adlı ikinci nəsil 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq.
         Bunun sayəsində prosessorun enerji sərfiyyatı 34% aşağı düşəcək. Bununla yanaşı insayder bildirib ki, Dimensity 9400 prosessoru yüksək performanslı Cortex-X5 nüvəsinə sahib olacaq. Qeyd etmək lazımdır ki, Dimensity 9400-ün test versiyasındakı Cortex-X5 nüvəsi 3.4 GHz çalışma tezliyinə sahibdir. Prosessorun final versiyasında nüvənin çalışma tezliyi daha yüksək ola bilər. Dimensity 9400-də Cortex-X5 ilə yanaşı 3 ədəd Cortex-X4 nüvəsinin və 4 ədəd Cortex-A720 nüvəsinin olacağı gözlənilir. Dimensity 9400 prosessoru bu ilin ikinci yarısında təqdim edilməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MediaTek və NVIDIA-nın birgə hazırladıqları desktop prosessor barəsində təfərrüatlar məlum olub
    mediatek-ve-nvidia-nin-birge-hazirladiqlari-desktop-prosessor-baresinde-teferruatlar-melum-olub
    Orta büdcəli smartfonlar üçün MediaTek Dimensity 8250 prosessoru təqdim edilib
    orta-budceli-smartfonlar-ucun-mediatek-dimensity-8250-prosessoru-teqdim-edilib
    MediaTek Dimensity 9300 Plus flaqman prosessoru təqdim edilib
    mediatek-dimensity-9300-plus-flaqman-prosessoru-teqdim-edilib
    MediaTek Dimensity 9400 prosessoru Apple A17 Pro və Snapdragon 8 Gen 4 ilə rəqabət aparacaq
    mediatek-dimensity-9400-prosessoru-apple-a17-pro-ve-snapdragon-8-gen-4-ile-reqabet-aparacaq
    MediaTek Dimensity 9300 Plus flaqman prosessorunun təqdimatı anons edilib
    mediatek-dimensity-9300-plus-flaqman-prosessorunun-teqdimati-anons-edilib