main-post-cover

    Memarlar asteroiddən asılı vəziyyətdə süzüləcək göydələn layihəsi üzərində işləyirlər!

    Elm & Texnologiya
    21.10.2024
    Farid Pardashunas

         Göydələnlərin yer üzündən göy üzünə qədər ucalan möhtəşəm strukturlarına öyrəşmişik. Bəs bunun tam əksi olsaydı necə?

         Analemma Qülləsi adlı bu göydələn layihəsi, ənənəvi göydələn konseptindən tamamilə fərqlənir və yenilikçiliyə meydan oxuyan bir görüntüyə sahibdir. Clouds Architecture Office (Clouds AO) tərəfindən hazırlanan bu göydələn layihəsi, bir asteroida asılı qalacaq şəkildə dizayn edilib. Clouds AO-nun qurucuları Masayuki Sono Ostap Rudakevych bu layihə ilə memarlığın gələcəyini yenidən müəyyənləşdirməyi hədəfləyirlər. Memarlıqda sərhədləri aşan və gələcəyə dair həyəcan verici bir baxış təqdim edən bu göydələn, sanki elmi-fantastik filmlərdən çıxmış kimi görünür.
         Analemma Qülləsi Dünyadan 50.000 kilometr hündürlükdə bir asteroida asılı vəziyyətdə qalacaq və göy üzündə davamlı olaraq hərəkət edəcək bir göydələn olacaq. Bu quruluşun hər gün səkkiz şəkilli bir orbitdə hərəkət edəcəyi və həm şimal, həm də cənub yarımkürələrini dolaşaraq fərqli şəhərlərin üzərindən keçəcəyi deyilir. Layihə, yaşayış sahələrindən iş yerlərinə, ticarət zonalarından istirahət bölgələrinə qədər geniş bir həyat sahəsini yenilikçi bir perspektivlə təqdim etməyi hədəfləyir. Bundan əlavə, layihədə günəş enerjisi ilə işləyən davamlı bir sistem istifadə ediləcəyi və beləliklə qüllənin elektrik tələbatını təmin etmək üçün lazımi enerjini göydən yığmasının mümkün olacağı qeyd edilir.
         Texnologiya və innovasiyanın birləşdiyi günümüzdə belə, bir binanı asteroidə asmaq çılğın bir fikir kimi görünsə də, layihənin arxasında duran memarlar üçün bu, gələcəyin davamlı şəhərlərinin necə görünə biləcəyinə dair böyük bir addımdır. Əgər texniki və maliyyə maneələrini aşmaq mümkün olsa, bu nəhəng qüllə həqiqətən də inşa edilə bilər. Layihənin büdcəsi və tamamlanma tarixi hələlik bəlli olmasa da, bu layihənin həyata keçməsi üçün çox böyük bir sərmayə tələb olunduğu aydındır. NASA-nın asteroid yönləndirmə təcrübələri bu cür texnologiyaların mümkün olduğunu göstərir, lakin hələlik bu ölçüdə bir layihəni həyata keçirəcək texnologiya tam olaraq mövcud deyil. Yenə də bu cəsur ideyanın memarlıqda inqilab yarada biləcək potensiala malik olduğu söylənilir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Mühəndislər çətin vəziyyətlərdə öz hissələrini kəsə bilən robot hazırlayıblar!
    muhendisler-cetin-veziyyetlerde-oz-hisselerini-kese-bilen-robot-hazirlayiblar
    Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)
    bir-istifadeci-chatgpt-ni-kalkulyatorda-ise-salmagi-bacarib-video
    Robotları daha sürətli və güclü edən elektro-hidravlik əzələ sistemi hazırlanıb! (VİDEO)
    robotlari-daha-suretli-ve-guclu-eden-elektro-hidravlik-ezele-sistemi-hazirlanib-video
    Bir kolleksiyaçı, 444 müxtəlif konsolu bir televizora birləşdirərək Ginnesin Rekordlar Kitabına düşüb!
    bir-kolleksiyaci-444-muxtelif-konsolu-bir-televizora-birlesdirerek-ginnesin-rekordlar-kitabina-dusub
    Yeni silindrşəkilli yelkənlər, gəmilərdəki yanacaq sərfiyyatını 90% azaldacaq!
    yeni-silindrsekilli-yelkenler-gemilerdeki-yanacaq-serfiyyatini-90-azaldacaq