main-post-cover

    Microsoft məlumatları minilliklər ərzində saxlaya biləcək yeni yaddaş texnologiyasını hazırlayır (VİDEO)

    Elm & Texnologiya
    23.10.2023
    Emil Nəcəfov
         Microsoft şirkəti özünün tədqiqat şöbəsinin Project Silica adlı yeni layihə üzərində çalışdığını elan edib. Sözügedən layihə məlumatların saxlanması üçün nəzərdə tutulmuş yeni texnologiyanın hazırlanmasına istiqamətlənib. Məlumatda qeyd edilib ki, bu layihə çərçivəsində şüşə materialdan hazırlanmış ovuc ölçüsündə panel özündə 7 TB həcmində məlumatı yerləşdirə bilər. Lakin sözügedən şüşə panelinin əsas üstünlüyü ondadır ki, o, məlumatları 10 000 il ərzində saxlaya bilər. Məlumatların saxlanması və çıxarılması mövzusunda Project Silica-da 4 texnologiyadan istifadə edilir.
    - Write Lab (məlumatların yazılışı texnologiyası): Sözügedən texnologiya çərçivəsində məlumatlar şüşə panel daxilinə qısa lazer impulsları vasitəsilə 3D piksellər şəklində yazılır.
    - Read Lab (məlumatların oxunuşu texnologiyası): Bu, kompüter idarəsi vasitəsilə məlumatları oxuyan mikroskopdur.
    - Decode Lab (məlumatların deşifrələməsi texnologiyası): Bu texnologiya çərçivəsində məlumatlar Azure AI sisteminin köməkliyi ilə kompüter tərəfindən oxunula bilən standart formata deşifrə edilir.
    - Library Lab (kitabxanalar texnologiyası): Sözügedən texnologiya çərçivəsində baxış üçün müəyyən məlumatların əldə edilməsi sorğusu göndərilir və robot, sorğusu göndərilmiş lazımi məlumatları kitabxanada axtarıb taparaq onları oxuyucu cihaza yerləşdirir.
         Məlumata əsasən şüşə panel özündə yüksək keyfiyyətdə 1.75 milyon musiqini və 3500 filmi birləşdirə bilər. Qeyd etmək lazımdır ki, Project Silica kommersiya nöqteyi nəzərdən hələ sərfəli bir layihə deyil. Microsoft bildirib ki, sərfəli layihəyə çevrilmək üçün onun 3-4 mərhələli inkişafa ehtiyacı var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Windows 11-in məşhurluq səviyyəsi Micreosoft-u sözün yaxşı mənasında təəccübləndirib
    windows-11-in-meshurluq-seviyyesi-micreosoft-u-sozun-yaxsi-menasinda-teeccublendirib