Mikroplastikin insan orqanizminə dəri üzərindən daxil olduğu müəyyən edilib
Elm & Texnologiya
29.04.2024
Farid Pardashunas
Mikroplastikin insan həyatına göstərdiyi təhlükə artıq dəfələrlə müzakirə edilib. İndi isə alimlər mikroplastikin insan orqanizminə necə sadə üsul ilə daxil ola biləcəyini öyrəniblər. Aparılmış yeni tədqiqatın nəticələri oda davamlı olan plastikin tərkibini təşkil edən toksik kimyəvi maddələrin insan orqanizminə daxil ola biləcəkləri təhlükəli yolu aşkara çıxarıblar. Belə ki, aparılmış tədqiqat çərçivəsində alimlər aşkar ediblər ki, bu zərərli kimyəvi maddələr insan tərinə daxil ola bilər. Tərə daxil olmuş zərərli kimyəvi maddələr isə dəri vasitəsilə sovrularaq qana ötürülə bilər. Alimlər insan dərisinin 3D modellərindən istifadə edərək əsl dərinin mikroplastik ilə qarşılıqlı əlaqəsini imitasiya ediblər.
Nəticədə məlum olub ki, bu kiçik ölçülü plastik hissəciklər zərərli kimyəvi maddələrin daşıyıcıları rolunda çıxış edə bilərlər. Aparılmış tədqiqatın əsasında dəri səthini imitasiya edən 3D modellər dayanıb. 24 saat ərzində aparılmış testlər nəticəsində təyin olunub ki, 8%-ə qədər polibrom difenil efirlər (plastikin oda davamlı olması üçün istifadə edilən kimyəvi birləşmələr) dərinin nəm və ya tərli olduğu halda ona daxil ola bilirlər. Mütəxəssislər insan orqanizminə toksik kimyəvi maddələrin daşınması mövzusunda mikroplastikin gizli təhlükə olduğunu qeyd ediblər. Onlar ətraf mühitin mikroplastiklə çirkləndirilməsi hallarının aşağı salınması məsələsində təcili normativ tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!