Misirdə hidrogen əsaslı enerji vasitəsilə çalışacaq göydələn inşa ediləcək
Elm & Texnologiya
15.08.2024
Emil Nəcəfov
Reuters saytının vermiş olduğu məlumata əsasən Səudiyyə Ərəbistanının tabeliyində olan şirkət 2025-ci ilin əvvəlində Misirin yeni paytaxtında 55 mərtəbəli ofis göydələninin işasına start verməyi planlaşdırır. İnşası planlaşdırılan göydələnin əsas fərqləndirici tərəfi ondadır ki, onun enerji tələbatının böyük hissəsi təmiz hidrogenin emalı sayəsində təmin olunacaq. Məlumata əsasən bu göydələn layihəsinin dəyəri 1 milyard dollar təşkil edir. Layihənin reallaşdırılması barəsində qərar 2023-cü ilin yanvar ayında Davosda keçirilmiş 53-cü Ümumdünya İqtisadi Forumunun son günündə imzalanmışdı. Göydələnin inşa prosesi Səudiyyə Ərəbistanın Magnom Properties adlı şirkəti tərəfindən idarə ediləcək.
Göydələnin sifarişçisi qismində Forbes media qrupu çıxış edir və layihənin işlək adı Forbes International Tower-dir. Məlumata əsasən günəş panelləri göydələnin fasadına yerləşdiriləcək və onlar göydələnin elektrik enerjisi tələbatının 25%-ni ödəyə biləcəklər. Elektrik enerjisinin yerdə qalan hissəsi isə göydələnə maye şəklində ötürüləcək təmiz hidrogendən əldə ediləcək. Bu layihə çərçivəsində Misirin heç bir kommunal xidməti ilə əməkdaşlıq nəzərdə tutulmayıb. Layihənin uğurlu olacağı halda Magnom Properties şirkəti buna bənzər göydələnləri həmçinin Dubayda və Əbu-Dabidə də inşa ediləcək. Misirin yeni paytaxtındakı göydələnin inşasının 2030-cu ildə yekunlaşacağı nəzərdə tutulub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dünyanın ən zəngin 10 adamı, bir gündə 70 milyard dollar itirib!
Dünyanın ən zəngin 10 adamı, bir gündə 70 milyard dollar itirib!
Nəhəng şirkətlərin 2024-cü ilin ikinci rübü üçün balans hesabatları investorları sevindirməyib. Bu səbəbdən S&P 500-də çox kəskin enişlər yaşanıb.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!