main-post-cover

    NASA, qara dəlikdə səyahət etməyin necə olduğunu göstərən bir video yayımlayıb!

    Elm & Texnologiya
    08.05.2024
    Farid Pardashunas

         Hər qalaktikanın mərkəzində superkütləvi qara dəlik var. Hətta işığın belə bu cazibə qüvvəsindən qaça bilməyəcəyi bir qara dəliyə düşsək nə olar? Qara dəliklərin cazibəsinə görə yoxa çıxmadığımız bir ssenaridə nə görərdik? NASA bu sualların cavabını çox möhtəşəm bir video ilə vizuallaşdırıb. 

         NASA-nın Goddard Kosmik Uçuş Mərkəzindən astrofizik Jeremy Schnittman-ın yaratdığı videoda işığın belə qravitasiya təsirindən qaça bilmədiyi qara dəliyin üfüq nöqtəsindən kənara keçdiyimiz zaman nələrin baş verəcəyi göstərilib. Nəticədə ortaya çıxan şəkillər həqiqətən də təsir edici və göz oxşayan alınıb. 
         Bu vizuallaşdırmalarda Schnittman, nisbiliyin nəzəri tərəfini müşahidə edilə bilən nəticələrlə açmaq istədiyini bildirib. Bu videoda 2 fərqli ssenari var. Ssenarilərdən birincisində qara dəliyin üfüq nöqtəsini keçərkən görünə biləcək hadisələr simulyasiya edilir. İkinci ssenaridə isə kamera birbaşa qara dəliyin mərkəzindən keçir. Beləliklə, kamera bizə məlum olmayan bu sirli kosmik quruluşda səyahət edir. Bir müddətdən sonra istiqamət və işıqların miqyasını qavrayış səviyyəmiz yox olur. Nəhayət, sonda isə kamera tamamilə qaranlığa qərq olur
         Dinamik simulyasiya videosuna ingilis dilində izahatlar da daxildir. Beləliklə, qara dəliyin üfüq nöqtəsi və foton kəməri kimi strukturlar izləyiciyə ötürülür. Daha çox əlçatanlıq üçün video 360 dərəcə bucağa malikdir və səma xəritəsini də özündə ehtiva edir. Onu da qeyd edək ki, Schnittman-ın alim Brian Powell ilə hazırladığı videoda NASA-nın Discover adlı superkompüterindən istifadə edilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib
    potensial-olaraq-suya-ve-heyat-novune-sahib-ola-bilecek-yeni-ekzoplanet-kesf-edilib
    NASA, 225 milyon kilometr məsafədən 25 Mbit/s sürətlə “lazer mesajı” ötürdü!
    nasa-225-milyon-kilometr-mesafeden-25-mbits-suretle-lazer-mesaji-oturdu
    Süd yolu qalaktikasının ən böyük qara dəliyi aşkar edilib!
    sud-yolu-qalaktikasinin-en-boyuk-qara-deliyi-askar-edilib
    NASA Saturnun peyki Titana avtomobil ölçüsündə dron endirəcək
    nasa-saturnun-peyki-titana-avtomobil-olcusunde-dron-endirecek
    NASA dünyanın ən sürətli kompüterindən istifadə edərək Marsa eniş görüntülərini simuliyasiya edib!
    nasa-dunyanin-en-suretli-komputerinden-istifade-ederek-marsa-enis-goruntulerini-simuliyasiya-edib