
Neuralink-in 3-cü pasienti beyin çipi və süni zəka vasitəsilə nitqini bərpa edib (VİDEO)
Elm & Texnologiya
29.04.2025
Emil Nəcəfov
Brad Smith - bu ilin əvvəlində beyninə implant yerləşdirilmiş Neuralink-in üçüncü pasienti - tam iflic və nitq qabiliyyətini itirməsinə səbəb olmuş qeyri-verbal yan amiotrofik skleroz (ALS) xəstəliyinə baxmayaraq, indi süni zəka və kompüter texnologiyalarının köməyi ilə ünsiyyət qura bilir. Neuralink yanvar ayında dərc etdiyi bloq yazısında bildirmişdi ki, artıq 3 nəfərə beyin implantı yerləşdirilib, o cümlədən Brad-a da. Məlumatda deyilir: “Bu 3 nəfərin heç biri əllərini və ayaqlarını hərəkət etdirə bilmir - Noland və Alex onurğa beyni zədəsi səbəbindən, Brad isə yan amiotrofik skleroz (ALS) səbəbindən. Hər biri Neuralink şirkətinin PRIME adlı tədqiqatında könüllü olaraq iştirak edib.
Bu klinik sınaq, Link çipinin iflic vəziyyətində olan insanların gündəlik həyatında təhlükəsizliyini və faydalılığını nümayiş etdirməyi hədəfləyir”. Smith ağız küncləri və gözlərindən başqa bədəninin heç bir hissəsini hərəkət etdirə bilmir. “Gözlərimdən başqa heç nəyi hərəkət etdirə bilmirəm və həyatımı və tənəffüsümü dəstəkləmək üçün tamamilə süni tənəffüs aparatından asılıyam” - deyə o, X platformasında paylaşdığı videoda bildirib. Smith qeyd edib ki, o, bütün ünsiyyətini Neuralink implantı vasitəsilə həyata keçirir və bu videonu da beyin-kompüter interfeysi (BCI) sayəsində MacBook Pro-da siçanı idarə edərək hazırlayıb.
Onun köməyi ilə Neuralink komandası söhbəti dinləyən və cavab variantları yaradan süni zəkaya əsaslanan bir çat tətbiqi hazırlayıb. “Tətbiq Grok 3 və mənim köhnə səsimin süni zəka klonundan istifadə edərək cavab variantları yaradır” - deyə Smith bildirib. “Bir dostum məndən atları sevən sevgilisinə hədiyyə ideyaları tapmağımı xahiş etdi. Mən bir variant seçdim və süni zəka mənim səsimlə ona sevgilisinə yerkökü buketi hədiyyə etməyi tövsiyə etdi” - deyə o danışıb. “Biz həmçinin kursor vasitəsilə mətn yığmağı daha sürətli etmək üzərində də işləyirik”. Sonda Smith bildirib ki, Neuralink ilə təcrübəsi “fantastik” olub, çünki bu onun həyatını yaxşılaşdırıb. “Həyat gözəldir” - deyə Brad Smith vurğulayıb.
Mənbə: Foxbusiness
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Neuralink beyin implantlarının testləri üçün könüllüləri artıq bütün dünyada axtarır

Neuralink beyin implantlarının testləri üçün könüllüləri artıq bütün dünyada axtarır
Bu ilin fevral ayına olan məlumata əsasən Elon Musk-ın startapı 3 nəfərin beyninə implant yerləşdirib. Bu şəxslər bütün bədən hissələrinin hərəkət qabiliyyətini itirmiş şəxslərdir. Onlardan birincisi - Noland Arbaugh barədə ən çox məlumat var.
Neuralink Blindsight göz implantının insanlar üzərində testlərinə bu il başlaya bilər

Neuralink Blindsight göz implantının insanlar üzərində testlərinə bu il başlaya bilər
Bir neçə müddət öncə Elon Musk elan etdi ki, onun Neuralink şirkəti bu ilin sonuna qədər öz görmə protezi olan Blindsight-ın insanlar üzərində sınaqlarına başlamağa ümid edir.
Neuralink öz beyin implantını üçüncü pasientə implantasiya edib

Neuralink öz beyin implantını üçüncü pasientə implantasiya edib
Elon Musk-ın Neuralink şirkəti təqribi olaraq 1 il bundan öncə öz beyin implantını Noland Arbaugh adlı ilk pasientə implantasiya etmişdi.
Neuralink Kanadada beyin çipini sınaqdan keçirmək üçün icazə alıb!

Neuralink Kanadada beyin çipini sınaqdan keçirmək üçün icazə alıb!
Elon Musk-ın beyin implantı şirkəti Neuralink, ABŞ xaricindəki ilk beyin çipi testlərini Kanadada keçirəcək.
Neuralink şirkəti Blindsight adlı təcrübi göz implantı hazırlayıb

Neuralink şirkəti Blindsight adlı təcrübi göz implantı hazırlayıb
Elon Musk-ın vermiş olduğu məlumata əsasən onun Neuralink şirkəti Blindsight adlı təcrübi göz implantı hazırlayıb.
Həftənin xəbərləri

