Nike 3D çap vasitəsilə hazırlanmış idman ayaqqabısını təqdim edib (VİDEO)
Elm & Texnologiya
19.11.2024
Emil Nəcəfov
ComplexCon adlı sərgi çərçivəsində Nike şirkəti tamamilə 3D çap vasitəsilə hazırlanmış Air Max 1000 idman ayaqqabısını təqdim edib. Şirkət bildirib ki, bu, Air Max 1 1987 idman ayaqqabısının müasir versiyasıdır. Yeni idman ayaqqabısı Zellerfeld adlı şirkət ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb. Bu şirkət 3D çap vasitəsilə ayaqqabı hazırlanmasında təcrübəyə sahibdir. Ayaqqabının 3D çap vasitəsilə hazırlanmasından öncə insan ayaqlarının skanı reallaşdırılıb. Daha sonra isə 3D printer skan məlumatları əsasında idman ayaqqabısını hazırlayıb. Nike bildirib ki, müxtəlif sıxlıqlı və teksturlu layların istifadəsi ayaqqabının alt hissəsini olduqca sərt etməyə şərait yaradıb. Ayaqqabının üst hissəsi isə yumşaq və elastiki materialdan hazırlanıb. Nəticədə ayaqqabıda bağlardan istifadə etməyə ehtiyac qalmayıb. Şirkət yaxın gələcəkdə 3D çap vasitəsilə kütləvi şəkildə ayaqqabı istehsal edib-etməyəcəyini açıqlamayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Tim Cook-un təqdimat zamanı iPad ilə dizayn edilmiş xüsusi buraxılış Nike ayaqqabı geyinməyi diqqətə səbəb olub!
Tim Cook-un təqdimat zamanı iPad ilə dizayn edilmiş xüsusi buraxılış Nike ayaqqabı geyinməyi diqqətə səbəb olub!
Apple CEO-su Tim Cook iPad-in dünənki təqdimatında xüsusi buraxılış Nike ayaqqabısı geyinib. “Apple” və “Nike” pərəstişkarlarının heyran qaldığı modelin “iPad” ilə hazırlandığı bildirilib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!