main-post-cover

    Nothing şirkəti ləğv edilmiş power bank layihəsindən danışıb (VİDEO)

    Elm & Texnologiya
    26.10.2023
    Emil Nəcəfov
         Texnoloji şirkətlərin daxilində müxtəlif məhsulların çoxlu sayda konseptləri və prototipləri hazırlanır. Lakin adi istifadəçi bu cür konseptlerdən və prototiplərdən xəbərsiz olur. Nothing şirkəti öz növbəsində belə bir məhsulunun tarixçəsi barəsində danışmağa qərar verib. Şirkət mühəndisləri sözügedən məhsul üzərində uzun müddət ərzində çalışsalar da Nothing nəticədə onu ləğv etməli olub. Şirkət 2021-ci ildə öz ilk məhsulu olmuş Nothing Ear (1) naqilsiz qulaqlığını satışa çıxartmışdı.
         Sözügedən naqilsiz qulaqlığın satışa çıxmasından sonra şirkət Power (1) adlı power bankını təqdim etməyi planlaşdırırmış. Sözügedən power bank şirkətin artıq yaxşı tanınan şəffaf gövdə dizaynına sahib olmalı idi. Şirkət power bankı "3-ü 1-də" formatlı cihaz kimi hazırlayırdı. Birincisi bu power bank vasitəsilə 65 vatt gücündə olan naqil üzərindən digər cihazları şarj etmək mümkün olmalı idi. İkincisi power bank naqilsiz şarj texnologiyasının dəstəyinə sahib olmalı idi. Üçüncüsü isə o, enerji adapteri rolunda çıxış etməli idi.
         Beləliklə bu cür power bank eyni anda 3 cihazı naqil vasitəsilə, bir cihazı isə naqilsiz şarj texnologiyası vasitəsilə şarj etməli idi. "Bu özəlliklər ayrı-ayrılıqda bazarda artıq mövcuddurlar. Biz sadəcə olaraq onları bir cihazda birləşdirmək istəyirdik. Bu, 2021-ci ildə Nothing üçün əla cihaz ola bilərdi. Lakin bu il bizim məqsədlərimiz daha da genişləndi" - deyə Nothing CEO-su Carl Pei qeyd edib. Carl Pei bildirib ki, nəticə etibarilə power bankda texniki problemlər ortaya çıxdı və o, şirkətin dözümlülük testlərindən keçə bilmədi. Buna görə də şirkət Power (1) adlı cihazı ləğv etmək qərarına gəldi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər