Nüvə birləşməsində "gyrotron" ilə tarixi dünya rekordu!
Elm & Texnologiya
28.10.2024
Farid Pardashunas
Yüksək texnologiyalar sahəsində dünya miqyasında lider olan Thales, nüvə sintezi sahəsində böyük bir sıçrayış edib. Wendelstein 7-X stellatorunda gyrotron inqilabı reallaşdırılıb.
Thales-in açıqlamasında, TH1507U modeli gyrotron cihazının 140 gigahertz tezliyində 360 saniyə ərzində 1.3 meqavat radio tezlik çıxışı təmin etdiyi bildirilib. Bu əhəmiyyətli uğur, Almaniyanın Greifswald şəhərində yerləşən Wendelstein 7-X stellatorunda baş tutub.
Hidrogen kimi yüngül atom nüvələrinin birləşərək helium kimi daha ağır bir nüvə yaratması prinsipi ilə çalışan sintez prosesində böyük miqdarda enerji ortaya çıxır. Nüvə birləşməsinə nail olmaq üçün alimlər əvvəlcə elektronların atomlardan ayrıldığı plazma yaratmalıdırlar. Bu plazmanın yüksək temperaturlara qədər qızdırılması və güclü bir maqnit sahəsində saxlanılması lazımdır. Hazırda məlum olan ən inkişaf etmiş sintez araşdırma növünün "maqnit sintezi" olduğu və bunun milyonlarla dərəcə istilikdə olan plazmanın maqnit sahəsində saxlanılması mənasına gəldiyi qeyd olunur.
Thales-in hazırladığı bu gyrotron, Wendelstein 7-X layihəsinin mərkəzində yer alaraq plazmanın qızdırılmasını və balansda qalmasını təmin edir. Sintez yolu ilə təmiz və davamlı enerji əldə etmək hədəflənən bu layihədə yüksək temperaturda plazmanın stabilliyi kimi əsas elmi proseslərin inkişaf etdirilməsi də əsas məqsədlərdəndir. Dünyanın ən böyük stellatoru olan Wendelstein 7-X, 2015-ci ildə Almaniyada açılıb və sintez araşdırmalarında irəliləməyə yol açan bir mərkəz kimi fəaliyyət göstərir. 2024-cü ilin sentyabr ayında başlayan yeni eksperimental kampaniyası ilə Wendelstein 7-X, plazmaların nəzarət olunan bir mühitdə daha uzunmüddətli stabil və yüksək temperatur şəraitində incələnməsini hədəfləyir. Layihə çərçivəsində, sintez prosesinin sənaye miqyasına daşınması üçün lazımi addımların atılması məqsədi güdülür.
Thales, Avropada "gyrotron" adlanan yüksək güclü vakuum borularını istehsal edən yeganə şirkət kimi fərqlənir. Avropa Gyrotron Konsorsiumu (EGYC) ilə birgə hazırlanan bu qabaqcıl texnologiya cihazları, sintez üçün plazmanı Günəşin nüvəsindən 10 dəfə daha isti hala gətirə bilir. Gyrotron anlayışına uzaq olanlar üçün sadə izah vermək faydalı ola bilər. Gyrotron mikrodalğalı sobaya bənzər şəkildə çalışan, lakin çox daha güclü və müasir bir cihazdır. Güclü maqnit sahəsində hərəkət edən elektronlar vasitəsilə yüksək tezlikli mikrodalğalar, yəni millimetr dalğaları yaradır. Gyrotron-un iş prinsipi bir qədər mürəkkəb olsa da, qısaca, elektronların vakuum mühitində spiral bir orbitdə hərəkət etməsi və bu zaman enerjini mikrodalğalar şəklində yayması kimi təsvir edilə bilər.
Maqnitlə həbsetmə metodunda tokamak və stellator olmaqla 2 əsas cihaz növü mövcuddur. Tokamak cihazları əhəmiyyətli irəliləyişlər əldə etsə də, plazmanın cərəyan balansı pozulduqda bu cərəyanın plazmanı qeyri-sabitləşdirmə riski mövcuddur. Həmçinin, tokamak cihazlarının müntəzəm olaraq güc kəsintisi etməsi lazım olduğundan sintez gücünün davamlı təmin edilməsi mümkün olmur.
Buna qarşılıq, stellatorlar hər hansı bir cərəyan sürücüsünə ehtiyac duymadan fasiləsiz işləmə xüsusiyyətinə malikdir. Bu xüsusiyyət uzunmüddətli daha stabil bir həll təklif etsə də, stellatorların tokamaklar qədər təsirli bir plazma həbsetmə təmin edib-etmədiyi hələ də eksperimental şəraitdə dəyərləndirilir. Əslində Wendelstein 7-X-in qurulma məqsədi də məhz bu idi.
Linki kopyala
elmi xeber
elmi araşdırma
Scientific news
science
science news
elmi xeberler
nüvə sintezi
wendelstein 7-X
wendelstein 7-x stellator
thales wendelstein 7-x
thales
nuclear fusion
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər tərəfindən aparılan araşdırmaya görə, milyonlarla infarktın səbəbi 1 qram duz ola bilər!
Alimlər tərəfindən aparılan araşdırmaya görə, milyonlarla infarktın səbəbi 1 qram duz ola bilər!
Çində aparılan bir araşdırmaya görə, infarkt və insultların səbəbi duz ola bilər. Bəs, gündəlik tövsiyə edilən düz miqdarı nə qədərdir və Azərbaycanda adambaşına düşən gündəlik duz istehlakı bu normanı aşırmı?
Dünyanın ən kiçik bio-batareyası istehsal edilib!
Dünyanın ən kiçik bio-batareyası istehsal edilib!
Oxford Universitetinin tədqiqatçıları, implantlar üçün dünyanın ən kiçik litium bio-batareyasını inkişaf etdiriblər. İnkişaf etdirilən batareya aktivləşdirilə, şarj edilə və bioloji olaraq parçalana bilir.
Pişiklərin sözləri körpələrdən daha tez öyrəndiyi məlum olub!
Pişiklərin sözləri körpələrdən daha tez öyrəndiyi məlum olub!
Pişiklərin əşyalarla bağlı sözləri öyrənmə sürətinin körpələrdən daha yüksək olduğu müəyyən edilib. Bu maraqlı tədqiqatın detallarını təqdim edirik...
Termonüvə enerjisi üçün “7 petavat” gücündə lazerlər işə salınacaq!
Termonüvə enerjisi üçün “7 petavat” gücündə lazerlər işə salınacaq!
Sonsuz termonüvə enerjisi əldə etmək üçün nəhəng bir addım atılır. Qurulacaq 150 milyon dollarlıq yeni müəssisə nüvə birləşməsinə nail olmaq üçün 7 petavatlıq lazerləri işə salacaq.
Almaz tozu ilə qlobal istiləşmənin qarşısını almaq mümkün ola bilər: Bəs necə?
Almaz tozu ilə qlobal istiləşmənin qarşısını almaq mümkün ola bilər: Bəs necə?
Qlobal istiləşmə Dünyadakı hər kəsi təhdid edən amillərdən biridir. Müxtəlif geomühəndislik metodları ilə bunun qarşısının alına biləcəyi düşünülür. Yeni bir tədqiqat isə almaz tozlarının istifadəsini təklif edir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!