Oğurlanan yarım milyon dollar dəyərindəki bir Ferrari, AirPods sayəsində tapılıb!
Elm & Texnologiya
01.10.2024
Farid Pardashunas
Təxminən yarım milyon dollar dəyəri olan Ferrari, avtomobildəki AirPods qulaqlığı sayəsində tapılıb.
Apple-ın cihazlarının uzaqdan tapılmasına imkan verən "Find My" texnologiyası tez-tez dəyərli əşyaların itirilməsinin qarşısını alır. ABŞ-ın Connecticut ştatında baş verən hadisədə isə bu xüsusiyyət, oğurlanmış bir Ferrari-nin tapılmasına kömək olub. 2023 model lüks idman avtomobilinin qiyməti 575 min dollar dəyərində olub. Waterbury, Connecticut-da baş verən hadisədə kimliyi naməlum bir şəxs Ferrari-ni oğurlamağa müvəffəq olub. Lakin oğru, həmin an avtomobilin içində AirPods qulaqlığının olduğuna diqqət etməyib. Bu yerdə isə Apple-ın "Find My" xüsusiyyəti işə düşüb. Bu xüsusiyyət sayəsində avtomobilin sahibi və polis maşını izləyə bilib.
Hadisə ilə bağlı polis hesabatına görə, Ferrari Greenwich adlanan ərazidə oğurlanıb. Daha sonra polis oğurlanmış avtomobili müəyyən edib və onu saxlayıb. Bunun ardınca maşını oğurlayan şəxs avtomobili kənara çəkdikdən sonra qaçaraq izini itirib. AirPods-u izləyən polis qrupları avtomobili bir yanacaqdoldurma məntəqəsində tapmağı bacarıb. Yarım milyon dəyərindəki bir avtomobilin oğurlandıqdan sonra 129 dollar dəyərindəki qulaqlıqlar sayəsində tapılması maraqlı bir hadisə kimi qeydə alınıb. Digər tərəfdən, bu vəziyyətdən çıxarıla biləcək dərslər də var. Avtomobillərin daha yaxşı qorunması və ya oğurlandıqda daha asan tapılması üçün AirTag kimi texnologiyalar da istifadə edilə bilər. Apple və Samsung kimi şirkətlərin bu məqsədlə istifadə oluna biləcək məhsulları mövcuddur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple smart ev üçün nəzərdə tutulmuş tamamilə yeni cihazını gələn ilin birinci yarısında təqdim edə bilər
Apple smart ev üçün nəzərdə tutulmuş tamamilə yeni cihazını gələn ilin birinci yarısında təqdim edə bilər
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti özü üçün tamamilə fərqli kateqoriyada yeni cihaz üzərində çalışır.
Apple şirkəti OpenAI-ya investisiya yatırmaqdan imtina edib
Apple şirkəti OpenAI-ya investisiya yatırmaqdan imtina edib
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OpenAI şirkəti yeni investisiyalar cəlb etməyi planlaşdırır və şirkətin potensial investorları arasında Apple da ola bilər.
Gələcək AirPods-lar ürək döyüntüləri tezliyini ölçə və ürək xəstəliklərini təyin edə biləcəklər
Gələcək AirPods-lar ürək döyüntüləri tezliyini ölçə və ürək xəstəliklərini təyin edə biləcəklər
Verilmiş məlumata əsasən Apple şirkəti öz qulaqlıqlarının funksionallıqlarını genişləndirmək və onlarda istifadəçi ürəyinin vəziyyətinin monitorinqi imkanını reallaşdırmaq istəyir.
İkinci nəsil Apple Vision Pro gələn il təqdim oluna və yeni prosessor vasitəsilə çalışa bilər
İkinci nəsil Apple Vision Pro gələn il təqdim oluna və yeni prosessor vasitəsilə çalışa bilər
Apple şirkətinin fevral ayının əvvəlində satışa çıxmış Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR) cihazının satışlarının kütləvi olmamasına baxmayaraq məşhur analitik Ming-Chi Kuo bildirib ki, şirkət artıq Vision Pro 2 üzərində çalışır.
Apple Vision Pro-nun büdcəli versiyası daha aşağı piksel sıxlığına sahib ekranları əldə edə bilər
Apple Vision Pro-nun büdcəli versiyası daha aşağı piksel sıxlığına sahib ekranları əldə edə bilər
Apple şirkətinin bu ilin fevral ayının əvvəlində Vision Pro adlı qarışıq reallıq (AR + VR) cihazı satışa çıxandan sonra şirkətin, onun daha büdcəli versiyası üzərində çalışması ilə bağlı məlumatlar ortaya çıxmağa başladı.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!