main-post-cover

    OpenAI şirkəti robototexnika sahəsinə geri qayıdır

    Elm & Texnologiya
    03.06.2024
    Emil Nəcəfov
         OpenAI şirkəti özünün robototexnika şöbəsini hələ 2020-ci ildə ləğv etmişdi. Hal-hazırda şirkət öz süni zəka texnologiyalarını robot istehsalı ilə məşğul olan kənar şirkətlərə təqdim edir. Verilmiş məlumata əsasən OpenAI 2020-ci ildə ləğv etmiş olduğu robototexnika şöbəsini süni zəka əsaslı robotlara investisiyaların artması səbəbilə yenidən bərpa edir. Məlumatda qeyd edilib ki, OpenAI hal-hazırda robototexnika şöbəsinin komandasını bərpa etmək üçün mühəndis tədqiqatçıları işə götürür. Şirkətin robototexnika üzrə yeni komandası hələ 2 aydan az müddət ərzində mövcuddur. Qeyd etmək lazımdır ki, OpenAI son 1 il ərzində robototexnika sahəsindəki bir sıra şirkətə investisiyalar yatırıb.
         Onların arasında Fig AI, 1X Technologies Physical Intelligence şirkətləri var. OpenAI şirkətinin robototexnika sahəsinə marağının geri qayıtması ilk dəfə fevral ayında Fig AI üçün vəsait yığımına həsr edilmiş press-relizdə qeyd edilmişdi. Nəticədə 1 aydan sonra Fig AI şirkəti OpenAI tərəfindən təlimatlandırılmış süni zəka modelinə sahib robotunu təqdim etdi. Məlumata əsasən OpenAI robot istehsalçıları ilə rəqabət aparmaq əvəzinə onlarla eyni səviyyədə fəaliyyət göstərməyə hədəflənib. OpenAI bu sahədə digər şirkətlərin öz məhsullarında istifadə edə biləcəkləri texnologiyaları hazırlamağı planlaşdırır. Robototexnika OpenAI şirkətinin təsis edildiyi ilk gündən şirkətin əsas istiqamətlərindən biri idi.
         OpenAI şirkətinin həmtəsisçisi olan Wojciech Zaremba-nın rəhbərliyi altında robototexnika komandası ümumi məqsədlər üçün nəzərdə tutulmuş robotun hazırlanmasına istiqamətlənmişdi. 2019-cu ildə OpenAI neyron şəbəkəsinə kubik rubiki robot əl vasitəsilə yığmağı öyrətmişdi. Lakin Zaremba-nın sözlərinə əsasən təlimatlandırma prosesi üçün yetəri qədər məlumat olmadığı üçün robototexnika şöbəsi nəticədə ləğv edildi. Şirkət ləğv edilmiş şöbənin komandasının gücünü digər layihələrə yönləndirdi. Robototexnika komandasının bəzi keçmiş üzvləri şirkət daxilində digər şöbələrdə çalışırlar. Məsələn Zaremba-nın özü GPT süni modellərinin hazırlanmasına rəhbərlik edir. OpenAI şirkətinin öz robototexnika şöbəsini bərpa etməsinə baxmayaraq onun bu sahədə hansısa təchizatı hazırlayıb-hazırlamayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    GPT-4o, bütün pulsuz ChatGPT istifadəçiləri üçün təqdim edilib!
    gpt-4o-butun-pulsuz-chatgpt-istifadecileri-ucun-teqdim-edilib
    OpenAI növbəti süni zəka modelinin təlimatlandırılması prosesinə start verib
    openai-novbeti-suni-zeka-modelinin-telimatlandirilmasi-prosesine-start-verib
    OpenAI CEO-su: "İndiki süni zəka həlləri GPT-5-in yanında əlverişsiz qalacaqlar"
    openai-ceo-su-indiki-suni-zeka-helleri-gpt-5-in-yaninda-elverissiz-qalacaqlar
    GPT-4o-nun təqdimatından sonra ChatGPT istifadəçi kütləsi mövzusunda yeni rekorda imza atıb
    gpt-4o-nun-teqdimatindan-sonra-chatgpt-istifadeci-kutlesi-movzusunda-yeni-rekorda-imza-atib
    Məşhur aktrisa ChatGPT-dəki səsin öz səsi olduğunu iddia edib!
    meshur-aktrisa-chatgpt-deki-sesin-oz-sesi-oldugunu-iddia-edib