main-post-cover

    Parkinson xəstəliyini kök hüceyrələri vasitəsilə müalicə etməyə başlayıblar

    Elm & Texnologiya
    11.03.2025
    Emil Nəcəfov
         ABŞ alimləri, xəstələrin öz proqramlaşdırılmış kök hüceyrələrindən istifadə etməklə zədələnmiş dopamin neyronlarını əvəz etməyə yönəlmiş klinik tədqiqat mərhələsinə start verdiklərini açıqlayıblar. Artıq bir neçə insan eksperimental müalicə alıb. İlkin mərhələyə daxil edilən tədqiqatda Parkinson xəstəliyindən əziyyət çəkən altı nəfər iştirak edir. Onların müalicəsində öz kök hüceyrələrindən istifadə olunacaq. Məqsəd, motor funksiyası, öyrənmə və davranışın tənzimlənməsində iştirak edən dopamin neyronlarını bərpa etməkdir.
         Parkinson xəstəliyi zamanı bu neyronların ölümü müşahidə edilir. Buna görə də, onların bərpası xəstəliyin simptomlarını yüngülləşdirə və hətta zədələnmiş sinir toxumasını bərpa edə bilər. Məlumata görə kök hüceyrələr xəstənin öz qanından əldə edilir. Bu hüceyrələr əvvəlcə plüripotent (istənilən hüceyrə növünə çevrilə bilən) hala gətirilir. Daha sonra isə orta beyin hissəsindəki dopamin neyronlarına proqramlaşdırılır. Bu yanaşmanın üstünlükləri:
    - Xəstənin öz hüceyrələrindən istifadə edildiyi üçün immun sistemi bioloji materialı rədd etmir.
    - Beləliklə, xəstə immosupressiv terapiyaya ehtiyac duymur.
         Hazırda ilk 3 pasient artıq eksperimental müalicə alıb. Onların səhhəti 1 il müddətində müşahidə ediləcək. Alimlər xəstələrdə simptomların yaxşılaşmasını və molekulyar səviyyədə baş verən dəyişiklikləri qeydə alacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qara dəliklərin daxilində bizim düşündüyümüz anlayış olmaya bilər
    qara-deliklerin-daxilinde-bizim-dusunduyumuz-anlayis-olmaya-biler
    Ayda suyun əldə edilməsi düşünüldüyündən daha asan ola bilər
    ayda-suyun-elde-edilmesi-dusunulduyunden-daha-asan-ola-biler
    Süd Yolu qalaktikasının yaxınlığında superkütləli qara dəlik ola bilər
    sud-yolu-qalaktikasinin-yaxinliginda-superkutleli-qara-delik-ola-biler
    Alimlər kainatdakı ilk ulduzların kəşf edilməsinə çox yaxındırlar
    alimler-kainatdaki-ilk-ulduzlarin-kesf-edilmesine-cox-yaxindirlar
    Yüksək sürətlə hərəkət edən superkütləli qara dəlik aşkar edilib
    yuksek-suretle-hereket-eden-superkutleli-qara-delik-askar-edilib