Alimlər, qandakı qlükoza səviyyəsini ölçə bilən bandaj üçün "elastik fotonika" texnologiyasından istifadə ediblər. Bu texnologiya, işıq əsaslı fotonika sensorlarını elastik materialla birləşdirməyə imkan verir. Mütəxəssislər, bu texnologiyanı molekulyar səviyyədə maye lazerlə qarşılıqlı əlaqədə saxlamağa müvəffəq olublar və nəticədə tərin buraxdığı molekulların səviyyəsi aşkar edilib.
Mövzu ilə bağlı açıqlama verən şəxs araşdırmanın rəhbəri Chen Yu-Cheng olub. Chen Yu-Cheng, bu bandajla diabet xəstələrinin sağlamlıq vəziyyətlərinə nəzarət etməyə imkan verən tamamilə yeni bir üsul hazırladıqlarını söyləyib. Yeni üsul bilavasitə qan üzərində test aparan ənənəvi istifadə edilən cihazlarla müqayisədə olduqca praktik görünür.
Tədqiqatçılar, inkişaf etdirdikləri bandajın əhatə dairəsini genişləndirmək üçün işlərini davam etdirirlər. Tər mayesinin sağlamlıqla əlaqəli bir çox molekula sahib olduğunu ifadə edən elm adamları, sözügedən bandajların fərdiləşdirilə biləcəyini və daha çox məlumatın təsbit edilə biləcəyini söyləyirlər. Təbii ki, bütün bunların nə vaxt baş verəcəyini zaman göstərəcək.