Qualcomm giriş seqmentli smartfonlar üçün yeni Snapdragon 4s Gen 2 prosessorunu təqdim edib
Elm & Texnologiya
30.07.2024
Emil Nəcəfov
Keçən il Qualcomm şirkəti giriş seqmentinə aid 5G dəstəkli smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 4 Gen 2 prosessorunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısını təqdim edib. Söhbət, Snapdragon 4s Gen 2 prosessorundan gedir. Keçən ilki Snapdragon 4 Gen 2-dən daha aşağı səviyyədə olan bu yeni prosessor 100$-a kimi satış qiymətinə sahib smartfonlara istiqamətlənib. Beləliklə Snapdragon 4s Gen 2 prosessoru 8 nüvəlidir və o, 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Prosessor özündə 2.0 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A78 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 6 ədəd Cortex-A55 nüvəsini birləşdirir.
Qualcomm bu yeni prosessorda qrafik imkanlardan cavabdeh olan qrafik çipinin adını açıqlamayıb. Lakin bunun Adreno 619L qrafik çipi olduğu güman edilir. Məlumatda qeyd edilib ki, Snapdragon 4s Gen 2 prosessoru 90 Hz-ə kimi təsvir yenilənməsinə sahib 1080p keyfiyyətli ekranları, 32 MP-ə kimi bir ədəd kameranı və ya hər biri 16 MP olmaqla ikili kameranı, LPDDR4-2133 standartlı RAM yaddaşlarını və UFS 3.1 standartlı daxili yaddaş həcmlərini dəstəkləyir. Qualcomm-un bu yeni prosessorunda üstəlik Bluetooth 5.1 texnologiyasının dəstəyi də reallaşdırılıb. Snapdragon 4s Gen 2 prosessoruna sahib ilk smartfonların yaxın zamanda təqdim olunacaqları gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Snapdragon 8 Gen 4 prosessoru olduqca yüksək enerji effektivliyinə sahib olacaq
Snapdragon 8 Gen 4 prosessoru olduqca yüksək enerji effektivliyinə sahib olacaq
Snapdragon 8 Gen 4 flaqman prosessorunun təqdimatına hələ bir neçə ay qalmasına baxmayaraq internetdə onun barəsində məlumatlar ortaya çıxmağa davam edir.
Qualcomm-un təqdimata hazırlaşan Snapdragon 7s Gen 3 prosessoru Geekbench testlərindən keçib
Qualcomm-un təqdimata hazırlaşan Snapdragon 7s Gen 3 prosessoru Geekbench testlərindən keçib
Qualcomm şirkəti orta səviyyəli yeni prosessorunu təqdim etməyə hazırlaşır. Söhbət, Snapdragon 7s Gen 3-dən gedir.
Snapdragon 8 Gen 4 prosessoru DLSS texnologiyasının analoqunu əldə edə bilər
Snapdragon 8 Gen 4 prosessoru DLSS texnologiyasının analoqunu əldə edə bilər
Qualcomm şirkəti oktyabr ayında Snapdragon 8 Gen 4 flaqman prosessorunu təqdim edəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən yeni flaqman prosessor barəsində növbəti təfərrüatları bölüşüb.
Qualcomm Snapdragon 8 Gen 4 prosessorunun nə zaman təqdim olunacağını elan edib
Qualcomm Snapdragon 8 Gen 4 prosessorunun nə zaman təqdim olunacağını elan edib
Qualcomm şirkəti Snapdragon Summit 2024 tədbirinin keçiriləcəyi tarixləri açıqlayıb.
Qualcomm orta səviyyəli smartfonlar üçün Snapdragon 6s Gen 3 prosessorunu təqdim edib
Qualcomm orta səviyyəli smartfonlar üçün Snapdragon 6s Gen 3 prosessorunu təqdim edib
Qualcomm şirkəti orta səviyyəli smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 6s Gen 3-dən gedir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!