Qualcomm Snapdragon 8 Gen 3 flaqman prosessoru təqdim edilib
Elm & Texnologiya
25.10.2023
Emil Nəcəfov
Qualcomm şirkəti aylar ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Snapdragon 8 Gen 3 adlı yeni flaqman prosessorunu təqdim edib. Sözügedən yeni prosessor Snapdragon 8 Gen 2 ilə müqayisədə daha güclü və erqonomik olub. Üstəlik Snapdragon 8 Gen 3 daha geniş süni zəka imkanlarını və aktual oyun texnologiyalarının dəstəyini təqdim edir. TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış Snapdragon 8 Gen 3 prosessoru 8 nüvəyə sahibdir və nüvələr “1+5+2” sxemi üzrə yerləşiblər. Yəni prosessor özündə 3.3 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X4 nüvəsini, 5 ədəd Cortex-A720 nüvəsini (onlardan 3-ü 3.2 GHz, 2-si isə 3.0 GHz tezlikdə çalışır) və 2.3 GHz tezlikdə çalışan 2 ədəd Cortex-A520 nüvəsini birləşdirir.
CPU-nun keş yaddaş həcmi isə 12 MB təşkil edir. Qualcomm-un sözlərinə əsasən Snapdragon 8 Gen 2 ilə müqayisədə Snapdragon 8 Gen 3-ün performansı 30%, enerji effektivliyi isə 20% yüksəlib. Prosessorda qrafik imkanlardan Adreno 750 qrafik çipi cavabdehdir. Məlumata əsasən keçən ilki Adreno ilə müqayisədə Adreno 750-nin çalışma sürəti və enerji effektivliyi 25% yüksəlib. Qualcomm bildirib ki, sözügedən qrafik çip real zaman ərzində ray tracing texnologiyasını və Unreal Engine 5 qrafik mühərrikini dəstəkləyir. Snapdragon 8 Gen 3 həmçinin özündə Snapdragon X75 5G modemini, Wi-Fi 7 və Bluetooth 5.4 texnologiyalarını birləşdirir.
Prosessora quraşdırılmış yeni nəsil Hexagon neyron çipi Snapdragon 8 Gen 3-ün müxtəli süni zəka modelləri ilə çalışmasına şərait yaradır. Yeni prosessor Stable Diffusion neyron şəbəkəsi ilə offline rejimdə çalışmanı dəstəkləyir. 1 fotonun tərtib edilməsinə isə 1 saniyə vaxt sərf edilir. Prosessor təkcə fotolarla deyil, həmçinin mətnlərlə işləməyə istiqamətlənmiş süni zəka modellərini də dəstəkləyir. Şirkətin sözlərinə əsasən Snapdragon 8 Gen 3-ün neyron çipi 10 milyard parametrə sahib böyük dil modelləri ilə çalışa bilir. Buna misal olaraq Meta şirkətinin Llama 2 adlı böyük dil modelini gətirmək olar. Prosessor həmçinin süni əzka vasitəsilə fotoları genişləndirməyi bacarır və təkmilləşdirilmiş gecə çəkilişi alqoritmini dəstəkləyir.
Snapdragon 8 Gen 3 prosessoru 144 Hz-ə kimi təsvir yenilənməsinə sahib Quad HD+ ekranları, 200 MP-ə kimi kameraları, 36 MP + 36 MP + 36 MP və 64 MP + 36 MP kombinasiyalı kameraları, 24 GB-a kimi LPDDR5X-4800 standartlı RAM yaddaşlarını, UFS 4.0 standartlı daxili yaddaş həcmlərini, Quick Charge 5 sürətli şarj texnologiyasını, Qualcomm 3D Sonic Sensor və 3D Sonic Sensor Max adlı barmaq izi skanı texnologiyalarını dəstəkləyir. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 3-ü ilk əldə edəcək smartfonlar Xiaomi 14 və Xiaomi 14 Pro olacaqlar. Sözügedən smartfonlar artıq sabah təqdim olunacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Snapdragon 8 Gen 3 geniş süni zəka imkanlarına sahib olacaq
Snapdragon 8 Gen 3 geniş süni zəka imkanlarına sahib olacaq
Qualcomm-un yaxın günlərdə təqdim edəcəyi Snapdragon 8 Gen 3 prosessoru süni zəka ilə geniş çalışma imkanlarına sahib olacaq.
MediaTek Dimensity 9300 prosessoru Snapdragon 8 Gen 3-dən 3 istiqamətdə üstün olacaq
MediaTek Dimensity 9300 prosessoru Snapdragon 8 Gen 3-dən 3 istiqamətdə üstün olacaq
Artıq gələn həftə Qualcomm şirkəti özünün yeni flaqman prosessoru olacaq Snapdragon 8 Gen 3-ü təqdim edəcək.
Snapdragon Summit 2023-ün keçiriləcəyi tarixlər məlum olub
Snapdragon Summit 2023-ün keçiriləcəyi tarixlər məlum olub
Qualcomm şirkəti Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında Snapdragon Summit 2023 tədbirinin keçiriləcəyi tarixlərin əks olunduqları posteri təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!