Qualcomm-un yeni subflaqman prosessoru barəsində məlumatlar verilib
Elm & Texnologiya
05.02.2024
Emil Nəcəfov
Digital Chat Station ləqəbli məşhur insayder Qualcomm şirkətinin SM8635 kataloq nömrəsinə sahib yeni prosessoru barəsində məlumatlar verib. İnsayder bildirib ki, sözügedən yeni prosessor 4 nanometrlik texnoloji proses əsasında istehsal ediləcək və ona sahib olacaq smartfonlar AnTuTu bençmarkında ümumilikdə 1.7 milyon xal toplayacaqlar. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 8+ Gen 2 prosessoru məhz bu cür performans göstəricisinə sahibdir. Məlumatda qeyd edilib ki, SM8635 kataloq nömrəsinə sahib yeni prosessor özündə 2.9 GHz tezlikdə çalışan Cortex-X4 nüvəsini və Adreno 735 qrafik çipini birləşdirəcək. Qualcomm-un bu yeni subflaqman prosessorunu nə zaman təqdim edəcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Snapdragon 8 Gen 4 prosessorlu smartfonlar daha baha qiymətə satılacaq
Snapdragon 8 Gen 4 prosessorlu smartfonlar daha baha qiymətə satılacaq
Çinin Weibo adlı sosial şəbəkəsində Qualcomm-un son 9 il ərzində olmuş flaqman prosessorlarının qiymətlərini özündə birləşdirən foto ortaya çıxıb.
Qualcomm iPhone-lar üçün 5G modem mövzusunda Apple ilə müqaviləsini uzadıb
Qualcomm iPhone-lar üçün 5G modem mövzusunda Apple ilə müqaviləsini uzadıb
Qualcomm şirkətinin CEO-su Cristiano Amon iPhone smartfonlarının 5G modemlər ilə təmin olunmaları mövzusunda Apple şirkətilə müqavilənin uzadıldığını elan edib.
Samsung dünyanın ən böyük prosessor istehsalçısı statusundan məhrum olub
Samsung dünyanın ən böyük prosessor istehsalçısı statusundan məhrum olub
Counterpoint Research şirkəti 2023-cü ilin ən böyük prosessor istehsalçılarının gəlirlərini əhatə edən reytinqi təqdim edib.
Snapdragon 8 Gen 4 Geekbench 6 və AnTuTu testlərindən keçib
Snapdragon 8 Gen 4 Geekbench 6 və AnTuTu testlərindən keçib
Qualcomm şirkətinin bu il təqdim edəcəyi Snapdragon 8 Gen 4 prosessoru ən güclü mobil prosessorlardan biri olmalıdır.
Snapdragon 8 Gen 4 desktop tezlikli nüvələri əldə edəcək
Snapdragon 8 Gen 4 desktop tezlikli nüvələri əldə edəcək
Digital Chat Station ləqəbli məşhur insayder Qualcomm şirkətinin bu il təqdim edəcəyi Snapdragon 8 Gen 4 flaqman prosessoru barəsində yeni məlumatlar verib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!