Qualcomm yeni subflaqman prosessorlar üzərində çalışır
Elm & Texnologiya
19.12.2023
Emil Nəcəfov
MediaTek şirkətinin mobil prosessorlar bazarındakı uğurları Qualcomm-u cavab məhsullar hazırlamağa məcbur edir. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Qualcomm hal hazırda iki yeni subflaqman prosessor üzərində çalışır. Hazırlanan yeni subflaqman prosessorlar TSMC şirkətinin 4 nanometrlik texnoloji prosesi əsasında istehsal olunacaqlar. Onlardan biri SM7675 model nömrəsinə sahibdir.
Model nömrəsindən belə qənaətə gəlmək olar ki, sözügedən prosessor Snapdragon 7+ Gen 2-nin (SM7475) davamçısı olacaq. Çox güman ki, yeni prosessor Snapdragon 7+ Gen 3 adını əldə edəcək. Hazırlanan ikinci subflaqman prosessora gəldikdə isə o, SM8635 model nömrəsinə sahibdir. Çox güman ki, bu prosessor Snapdragon 8 Gen 3-ün (SM8650) bir qədər sadələşdirilmiş versiyası olacaq və Snapdragon 8s Gen 3 adını əldə edəcək. Sözügedən yeni subflaqman prosessorların artıq gələn il təqdim olunacaqları gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qualcomm Snapdragon 8 Gen 4-ün nüvələri mövzusunda MediaTek-in yolu ilə gedə bilər
Qualcomm Snapdragon 8 Gen 4-ün nüvələri mövzusunda MediaTek-in yolu ilə gedə bilər
Gələn il Qualcomm-un mobil prosessorları üçün vacib bir il olacaq. Belə ki, şirkət gələn il öz prosessorlarında fərdi nüvələrdən istifadə etməklə yanaşı Snapdragon 8 Gen 4 prosessorunun konfiqurasiyasında ciddi dəyişiklik edə bilər.
Snapdragon 8 Gen 3 və Dimensity 9400 prosessorları neçə nanometrlik olacaqlar?
Snapdragon 8 Gen 3 və Dimensity 9400 prosessorları neçə nanometrlik olacaqlar?
Qualcomm və MediaTek şirkətləri artıq gələn il öz növbəti flaqman prosessorlarını təqdim edəcəklər.
Snapdragon 7 Gen 3 prosessoru hansı brendlərin smartfonlarında istifadə ediləcək?
Snapdragon 7 Gen 3 prosessoru hansı brendlərin smartfonlarında istifadə ediləcək?
Qualcomm şirkəti özünün orta səviyyəli Snapdragon 7 Gen 3 prosessorunu yenicə təqdim etdi.
Qualcomm Snapdragon 7 Gen 3 adlı yeni orta səviyyəli prosessorunu təqdim edib
Qualcomm Snapdragon 7 Gen 3 adlı yeni orta səviyyəli prosessorunu təqdim edib
Qualcomm şirkəti keçən ayın sonunda olmuş Snapdragon 8 Gen 3 flaqman prosessorunun təqdimatından sonra indi idə Snapdragon 7 Gen 3 adlı yeni orta səviyyəli prosessorunu təqdim edib.
Qualcomm ilə MediaTek öz yeni orta səviyyəli prosessorlarını gələn həftə təqdim edə bilərlər
Qualcomm ilə MediaTek öz yeni orta səviyyəli prosessorlarını gələn həftə təqdim edə bilərlər
Qualcomm və MediaTek şirkətləri bir neçə müddət bundan öncə özlərinin yeni flaqman prosessorlarını təqdim etdilər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ