Realme, 300W-lıq sürətli şarj texnologiyası üzərində işləyir!
Elm & Texnologiya
07.06.2024
Farid Pardashunas
Çinli smartfon istehsalçıları arasında sürətli enerji doldurma rəqabəti davam edir. İndi də Realme, 300W-lıq sürətli şarj texnologiyası üzərində işlədiyini açıqlayıb.
Realme Qlobal Marketinq Meneceri Francis Wong, TheTechChap-a verdiyi müsahibədə ''şirkət hazırda 300W-lıq enerji doldurma texnologiyasını sınaqdan keçirir'' deyə bildirib. Wong, hələ 300W texnologiyası üçün təfərrüatları qeyd etməyib. Onu da qeyd edək ki, keçən il təqdim edilən Realme GT Neo 5, 10 dəqiqədən az müddətdə tam enerji doldurmağı təklif edən 240W-lıq şarj cihazı ilə təqdim edilmişdi. Görünən odur ki, sürətli enerji doldurma tərəfində növbəti yenilik Realme GT Neo 6 smartfonu ilə mümkün olacaq.
Üstəlik, Realme, bu sahədə qabaqcıl olsa da, Redmi hazırda telefonlar üçün 300W enerji doldurma texnologiyasını nümayiş etdirən yeganə markadır. Nümayiş zamanı telefonların 0-dan 50%-ə 3 dəqiqədən az bir müddətə və 100%-ə kimi isə 5 dəqiqədən qısa bir müddətdə doldurula biləcəyi göstərilmişdi. Sürətli enerji doldurma xüsusilə hərəkətdə olan istifadəçilər üçün danılmaz bir rahatlıq olsa da, həddindən artıq istiləşmə və batareyanın sağlamlığı kimi suallar doğurur. Buna görə də aydındır ki, 300W daha böyük və daha səmərəli soyutma həlləri tələb edəcək. Bu, telefonun qiymətini artıra bilər. Hər halda, biz 5 dəqiqənin altında tam şarj doldurma müddətinə getdikcə yaxınlaşırıq və Realme-nin 300W-lıq sürətli şarj texnologiyasını bazara çıxarıb, çıxara bilməyəcəyini görmək maraqlı olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!