main-post-cover

    Samsung-da dizayn inqilabı?: Şirkət son 87 ildə ilk dəfə özünə baş dizayneri cəlb edib

    Elm & Texnologiya
    28.10.2025
    Emil Nəcəfov
         Samsung texnoloji brendlər arasında ən geniş məhsul çeşidlərindən birinə malikdir. Lakin son illərdə dizayn məsələsində şirkət davamlı olaraq geridə qalırdı - istehlakçılar onun cihazlarını darıxdırıcı və qeyri-orijinal adlandırırdılar. 2025-ci ildə Samsung bu forma və məzmun arasındakı uçurumu aradan qaldırmaq qərarına gəlib və dünya miqyasında tanınmış dizayn mütəxəssisi, əvvəllər 3M Pepsi şirkətlərinin dizayn komandalarına rəhbərlik etmiş Mauro Porcini-ni işə götürüb.
         İstehsalat yönümlü yanaşma, fərdiliyə nisbətən üstünlük təşkil etsə də, bu, Samsung-un maliyyə göstəricilərinə mənfi təsir göstərməyib - şirkət yaxınlarda qlobal smartfon bazarında pay baxımından Apple-ı geridə qoyaraq liderliyini bərpa edib. Samsung həmçinin demək olar ki, iki onillikdir ki, televizor istehsalında dünya lideridir. İndi isə şirkət darıxdırıcı və təkrarlanan dizaynla bağlı şikayətlərə son qoymaq niyyətindədir - bu məqsədlə baş dizayner vəzifəsini təsis edib və bu vəzifəyə Porcini-ni təyin edib. O, 20 ildən çoxdur uğurlu dizayn komandaları formalaşdırır və yaxınlarda Pepsi üçün 14 ildən sonra həyata keçirilmiş qlobal rebrendinq kampaniyasını uğurla tamamlayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung ağıllı eynəklər üzərində çalışdığını rəsmi şəkildə təsdiqləyib
    samsung-agilli-eynekler-uzerinde-calisdigini-resmi-sekilde-tesdiqleyib
    Samsung Galaxy XR qarışıq reallıq cihazı təqdim olunub (VİDEO) - QİYMƏTİ
    samsung-galaxy-xr-qarisiq-realliq-cihazi-teqdim-olunub-video-qiymeti
    Samsung Galaxy S26 seriyası gözləniləndən bir qədər gec təqdim oluna bilər
    samsung-galaxy-s26-seriyasi-gozlenilenden-bir-qeder-gec-teqdim-oluna-biler
    Samsung Odyssey G50SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
    samsung-odyssey-g50sf-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Samsung Galaxy XR genişləndirilmiş reallıq cihazının mümkün təqdimat tarixi rəsmi açıqlanıb
    samsung-galaxy-xr-genislendirilmis-realliq-cihazinin-mumkun-teqdimat-tarixi-resmi-aciqlanib