main-post-cover

    Samsung uzana bilən elastiki ekranı patentləşdirib

    Elm & Texnologiya
    04.07.2024
    Emil Nəcəfov
         Samsung şirkəti Çində uzana bilən elastiki ekranı patentləşdirib. Patent sənədlərindəki məlumata əsasən bu cür ekrana həmçinin ayrıca fiziki klaviaturanı da qoşmaq mümkündür. Patent fotolarına əsasən adi vəziyyətdə ekran kvadrat formalı planşeti xatırladır. Onun aşağı hissəsində isə şarnir konstruksiyasının olması nəzərdə tutulub. Məhz həmin şarnir konstruksiya ekranın 1/4 hissəsini 180 dərəcə qatlamağa imkan verir. Ayrıca fiziki klaviaturanın da bu hissəyə qoşulması nəzərdə tutulub. Bu halda ekran artıq noutbuku xatırladır. Ekranın yuxarı hissəsi isə uzana bilmə imkanına sahib olmalıdır. Bunun sayəsində o öz ölçüsünü böyüdə bilər. Samsung-un gələcəkdə bu cür cihazın kommersiya məqsədli versiyasını istehsal edib-etməyəcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Samsung Galaxy A13 smartfonu OneUI 6.1-i əldə etməyə başlayıb
    budceli-samsung-galaxy-a13-smartfonu-oneui-61-i-elde-etmeye-baslayib
    İddialara görə, Samsung, Galaxy S25 Plus modelini ləğv edə bilər!
    iddialara-gore-samsung-galaxy-s25-plus-modelini-legv-ede-biler
    iPhone 16 Pro və iPhone 16 Pro Max smartfonları Samsung-un yeni nəsil OLED ekranını əldə edəcəklər
    iphone-16-pro-ve-iphone-16-pro-max-smartfonlari-samsung-un-yeni-nesil-oled-ekranini-elde-edecekler
    Təqdimata az qalmış Samsung Galaxy Watch Ultra-nın detallı texniki göstəriciləri ortaya çxıblar
    teqdimata-az-qalmis-samsung-galaxy-watch-ultra-nin-detalli-texniki-gostericileri-ortaya-cxiblar
    Samsung, gələcək qatlana bilən smartfonlarında ekranının bütün nöqtələrinə barmaq izi oxuyucusu yerləşdirə bilər!
    samsung-gelecek-qatlana-bilen-smartfonlarinda-ekraninin-butun-noqtelerine-barmaq-izi-oxuyucusu-yerlesdire-biler