main-post-cover

    Samsung yeni S Pen stilus texnologiyası üzərində çalışır

    Elm & Texnologiya
    16.07.2025
    Emil Nəcəfov
         Yeni Galaxy Z Fold 7 Samsung-un indiyədək təqdim etdiyi ən incə və ən yüngül qatlana bilən smartfon olub. Lakin şirkət bu nəticəyə, o cümlədən S Pen stilusunun dəstəyindən imtina etməklə nail olub. Bu isə o demək deyil ki, Samsung gələcək cihazlarda S Pen dəstəyi ilə bağlı təcrübələri dayandıracaq. Məlumata görə, Samsung MX bölməsinin icraçı direktoru Kang Min-seok-un sözlərinə görə, şirkət hələ də stilus dəstəyini cihazın incəliyinə zərər vurmadan təmin edə biləcək texnologiyaları araşdırır.
         “Fold 7 göstərdi ki, istehlakçı incə və yüngül məhsullar istəyir. Zəhmət olmasa, bunu (S Pen-dən imtinanı) bir kompromis kimi qəbul edin: bir şeyi itirirsinizsə, başqa bir şeyi qazanırsınız. Biz həmçinin S Pen üçün daha incə və innovativ texnoloji həlləri araşdırır və inkişaf etdiririk, ona görə də texnologiya yetkin səviyyəyə çatdıqda və istehlakçı tərəfində uyğun tələbat yarandıqda bu qərarı yenidən nəzərdən keçirəcəyik” - deyə Kang izah edib.
         Hələ ötən il məlum olmuşdu ki, Samsung öz istehsal gücü olmayan, amma çip texnologiyaları hazırlayan Cənubi Koreya şirkəti HiDeep-in dəstəyini qazanıb. Onlar birlikdə yeni stilus texnologiyası üzərində çalışırlar. Bu texnologiya, çox güman ki, Apple Pencil-i dəstəkləyən iPad-lərdə istifadə edilən sistemə bənzər olacaq - yəni təzyiq səviyyələri və stilusun meyilliyi birbaşa rəqəmsal qələm tərəfindən müəyyən edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çin istehsalı robotlar bazarı ələ keçirirlər
    cin-istehsali-robotlar-bazari-ele-kecirirler
    Bütün dünya günəş və külək energetikasında Çindən geridə qalır
    butun-dunya-gunes-ve-kulek-energetikasinda-cinden-geride-qalir
    İqlim dəyişikliyi məlumat emalı mərkəzlərinə mənfi təsir göstərir
    iqlim-deyisikliyi-melumat-emali-merkezlerine-menfi-tesir-gosterir
    Samsung Galaxy S25 FE-nin iki vacib özəlliyi açıqlanıb
    samsung-galaxy-s25-fe-nin-iki-vacib-ozelliyi-aciqlanib
    Elon Musk ilin sonuna Tesla-nın ən möhtəşəm təqdimatını anons edib
    elon-musk-ilin-sonuna-tesla-nin-en-mohtesem-teqdimatini-anons-edib