
Snapdragon 6 Gen 4 prosessorunun texniki imkanları ortaya çıxıb
Elm & Texnologiya
12.02.2025
Emil Nəcəfov
Qualcomm şirkəti yaxın zamanda Snapdragon 6 Gen 4 prosessorunu təqdim etməlidir. İndi isə internetdə bu yeni prosessorun texniki imkanları barəsində məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Snapdragon 6 Gen 4 prosessoru 8 nüvəli olacaq və nüvələr onun tərkibində “1 + 3 + 4” sxemi üzrə yerləşəcəklər.

Yəni prosessor özündə 2.3 GHz tezlikdə çalışan 1 ədəd Cortex-A720 nüvəsini, 2.2 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A720 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsini birləşdirəcək. Gözləntilərə əsasən Snapdragon 6 Gen 3 ilə müqayisədə Snapdragon 6 Gen 4-də CPU performansı 11%, GPU performansı isə 29% yüksələcək.

Məlumata əsasən Snapdragon 6 Gen 4 prosessoru 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları, 64 MP-ə kimi kameraları, Wi-Fi 6E-ni, Bluetooth 5.4-ü və 5G-ni dəstəkləyəcək. Gözləntilərə əsasən bu yeni prosessora sahib ilk smartfonlarını OPPO brendi və Honor şirkəti təqdim edəcəklər.
Mənbə: GSMarena
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung-un bəzi yeni qatlana bilən smartfonları Snapdragon 9 Elite prosessorunun yeni versiyasını əldə edəcəklər

Samsung-un bəzi yeni qatlana bilən smartfonları Snapdragon 9 Elite prosessorunun yeni versiyasını əldə edəcəklər
Keçən il ortaya çıxmış məlumatlara əsasən Samsung şirkəti 2025-ci ildə 4 ədəd yeni qatlana bilən smartfon təqdim edəcək.
Snapdragon 8s Elite prosessoru Geekbench testlərindən keçib

Snapdragon 8s Elite prosessoru Geekbench testlərindən keçib
Heç şübhəsiz Qualcomm hal-hazırda Snapdragon 8 Elite prosessorunun subflaqman versiyası olacaq Snapdragon 8s Elite üzərində çalışır.
Snapdragon 8s Elite prosessoru barəsində yeni təfərrüatlar təqdim edilib

Snapdragon 8s Elite prosessoru barəsində yeni təfərrüatlar təqdim edilib
Qualcomm şirkəti keçən ilin oktyabr ayında Snapdragon 8 Elite flaqman prosessorunu təqdim etmişdi. İndi isə şirkət onun subflaqman versiyası olacaq Snapdragon 8s Gen Elite adlı prosessoru üzərində çalışır.
Snapdragon 8 Elite prosessorunun davamçısı gözləniləndən daha tez təqdim oluna bilər

Snapdragon 8 Elite prosessorunun davamçısı gözləniləndən daha tez təqdim oluna bilər
Qualcomm şirkəti Snapdragon 8 Elite flaqman prosessorunu oktyabr ayında təqdim etmişdi. İndi isə məlumat verilib ki, şirkət artıq onun davamçısı üzərində aktiv şəkildə çalışmağa başlayıb.
Qualcomm desktop ARM prosessor üzərində çalışır

Qualcomm desktop ARM prosessor üzərində çalışır
Roland Quandt adlı məşhur insayderin vermiş olduğu məlumata əsasən Qualcomm şirkəti desktop ARM prosessor üzərində çalışır. İnsayder belə nəticəyə Qualcomm-un yeni prosessorunun özəllikləri sayəsində gəlib.
Həftənin xəbərləri

