main-post-cover

    Starship-in ilk orbital uçuşunun ikinci cəhdi artıq bu həftə baş tuta blər

    Elm & Texnologiya
    13.11.2023
    Emil Nəcəfov
         Bir neçə müddət bundan öncə məlum oldu ki, SpaceX şirkəti Starship-in ilk orbital uçuşu ilə bağlı ikinci cəhdi üçün ABŞ Federal Aviasiya İdarəetməsindən lazımi icazəni əldə edib. Lakin bu, uçuş missiyasını reallaşdırmaq üçün kifayət deyildi. Belə ki, şirkət ekoloqlardan da müvafiq icazəni əldə etməli idi. Görünür, SpaceX bu icazəni də əldə edib. Belə ki, şirkət Starship-in ikinci uçuş cəhdi üçün artıq tarixi təyin edib. Söhbət, 17 noyabrdan gedir.
         Əgər hər şey yolunda getsə Starship-in ilk orbital uçuşunun ikinci cəhdi artıq bu həftə baş tuta bilər. Qeyd etmək lazımdır ki, Starship-in ilk orbital uçuşunun birinci cəhdi aprel ayında reallaşdırılmışdı. Nəticədə birinci cəhd uğursuz oldu. Belə ki, Starship 40 km-lik hündürlükdə idarəsi qeyri-mümkün manevrlər etməyə başladı. Nəticədə şirkət mühəndisləri Starship-i havada partlatmalı oldular. İkinci uçuş cəhdinin hazırlıqları zamanı Elon Musk bildirmişdi ki, Starship-in ikinci dəfədən Yer kürəsinin orbitinə yollanmaq şansı daha yüksəkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Starship-in ilk orbital uçuşunun ikinci cəhdi artıq bu ayın ortasında baş tuta bilər
    starship-in-ilk-orbital-ucusunun-ikinci-cehdi-artiq-bu-ayin-ortasinda-bas-tuta-biler
    Starship-in ilk orbital uçuşunun ikinci cəhdinə icazə verilib
    starship-in-ilk-orbital-ucusunun-ikinci-cehdine-icaze-verilib
    SpaceX gələn il üçün 144 kosmik uçuş missiyası reallaşdırmağı hədəfləyib
    spacex-gelen-il-ucun-144-kosmik-ucus-missiyasi-reallasdirmagi-hedefleyib