main-post-cover

    Süd Yolu qalaktikasının mərkəzində digər qalaktikadan gəlmiş ulduz yerləşir

    Elm & Texnologiya
    08.12.2023
    Emil Nəcəfov
         Süd Yolu qalaktikasının mərkəzində yerləşən ulduzun 8 illik müşahidəsindən sonra yapon alimlər belə qənaətə gəliblər ki, müşahidıə edilən ulduz bizim qalaktikamızın mərkəzinə digər qalaktikadan gəlib. Bu, müşahidə edilən ilk belə bir obyektdir. S sinifinə daxil olan bu ulduz S0-6 adını əldə edib. O, qalaktikamızın mərkəzində mövcud olan Oxatan A* (Sagittarius A*) adlı super kütləli qara dəliyin ətrafında yerləşir. S sinifinə daxil olan ulduzlar uzunsov formalı uzunmüddətli orbit üzrə hərəkət edirlər. S0-6 adlı ulduz da istisna deyil. O, qalaktikamızın mərkəzindəki super kütləli qara dəlik ətrafında ondan 0.04 işıq ili uzaqlığında dövr edir.
         Qara dəliyin ətraf sahəsinin yeni ulduzların formalaşması üçün münbit şəraitə sahib olmadığını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, S0-6 adlı ulduz ora digər yerdən gəlib. Lakin hardan? Ulduz işığının spektral analizi bu suala cavab verməyə imkan verib. İlk öncə alimlər spektral analiz vasitəsilə ulduzun yaşını təyin ediblər. Ulduzun tərkibində ağır elementlər nə qədər azdırsa, onun yaşı bir o qədər çoxdur. Alimlər S0-6-nın yaşını 10 milyard il təyin ediblər. Yəni sözügedən ulduz Süd Yolu qalaktikasından cəmi 3 milyard il daha cavandır. Nəzərə almaq lazımdır ki, spektral analiz həmçinin ulduzun kimyəvi tərkibini təyin etməyə də imkan verir.
         Məlum olub ki, S0-6-nın kimyəvi tərkibi alimlər tərəfindən indiyənə kimi müşahidə edilmiş ulduzların kimyəvi tərkiblərindən fərqlənir. Bu isə o deməkdir ki, ulduz digər yerdə formalaşıb və müəyyən müddət sonra qalaktikamızın mərkəzindəki qara dəlik tərəfindən öz əhatəsinə alınıb. S0-6-nın kimyəvi tərkibi Süd Yolu qalaktikasını əhatə edən cırtdan qalaktikalardakı ulduzların kimyəvi tərkiblərinə bənzəyir. Nəticədə alimlər belə qənaətə gəliblər ki, S0-6 adlı ulduz bizim qalaktikamızın mərkəzinə digər qalaktikadan gəlib. Əslində bu heç də təəccüblü deyil. Belə ki, mövcud olduğu müddət ərzində Süd Yolu qalaktikası müəyyən sayda cırtdan qalaktikanı udub. Məhz buna görə də həmin ulduz cırtdan qalaktikadan bizim qalaktikaya keçid edə bilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni növ material betondakı çatları bakteriyalar vasitəsilə aradan qaldırır
    yeni-nov-material-betondaki-catlari-bakteriyalar-vasitesile-aradan-qaldirir
    Bitkilər daha öncə düşünüldüyündən daha çox CO2 uda bilirlər
    bitkiler-daha-once-dusunulduyunden-daha-cox-co2-uda-bilirler
    James Webb erkən kainatda ən böyük qalaktikaları kəşf edib
    james-webb-erken-kainatda-en-boyuk-qalaktikalari-kesf-edib
    22 işıq ili uzaqlığında Yer kürəsinə bənzəyən ekzoplanet yerləşir
    22-isiq-ili-uzaqliginda-yer-kuresine-benzeyen-ekzoplanet-yerlesir
    Erkən kainatda Süd Yolu qalaktikasının kiçik ölçülü kopyası aşkar edilib
    erken-kainatda-sud-yolu-qalaktikasinin-kicik-olculu-kopyasi-askar-edilib