main-post-cover

    Xərçəng üçün nəzərdə tutulmuş dərman korluğa qarşı da effektivliyini sərgiləyib

    Elm & Texnologiya
    16.07.2025
    Emil Nəcəfov
         Sinqapurdan olan alimlər müəyyən ediblər ki, xərçəng əleyhinə dərman iki əsas korluq səbəbi - makulyar degenerasiya şəkərli diabetə bağlı retinopatiya əlamətləri ilə uğurla mübarizə aparır. Preklinik sınaqlarda preparatın effektivliyi 86% səviyyəsində qeydə alınıb. PRL3-zumab adlı təcrübi preparat hazırda xərçəng xəstələri üzərində klinik sınaqların ikinci mərhələsində araşdırılır və yüksək təhlükəsizlik profili göstərir. Neuroscience News-un yazdığına görə, yeni tədqiqatda Sinqapurlu alimlər PRL3-zumab-ın korluğun inkişafının qarşısının alınmasında da effektiv olduğunu aşkar ediblər.
         Preklinik təcrübələrə əsasən, PRL3-zumab göz damarlarının anormal keçiriciliyini - görmə itkisinə səbəb olan əsas amillərdən birini - 86% azaldır. Bu cür damar zədələnmələri makulyar degenerasiya və diabetik retinopatiya üçün xarakterikdir və bu xəstəliklər dünyada korluğun əsas səbəbləri arasında yer alır. Vacib məqam ondan ibarətdir ki, bu xəstəliklərin mövcud müalicə üsullarından fərqli olaraq, hansı ki, aylıq göz daxili iynələri nəzərdə tutur, yeni preparat venadaxili şəkildə tətbiq oluna bilər.
         Bu isə həm daha yüksək rahatlıq və təhlükəsizlik təmin edir, həm də billur qişasının zədələnməsi və infeksiyalar kimi ağırlaşma risklərini azaldır. Alimlər ilin sonuna qədər klinik sınaqların pilot mərhələsini başlatmağı planlaşdırırlar ki, preparatın insanlar üçün perspektivlərini və təhlükəsizliyini qiymətləndirsinlər. Əgər sınaqlar uğurlu olarsa, xəstələrin korluğun inkişafının qarşısını almaq üçün effektiv bir dərman əldə etmək imkanı olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ekstremal isti hava qıcolmalara, koma və ölüm risklərini artırır
    ekstremal-isti-hava-qicolmalara-koma-ve-olum-risklerini-artirir
    Alimlər CO2-ni şəkərə çevirməyi bacarıblar
    alimler-co2-ni-sekere-cevirmeyi-bacariblar
    İki nəhəng qara dəliyin toqquşması fizika qanunlarına meydan oxuyur
    iki-neheng-qara-deliyin-toqqusmasi-fizika-qanunlarina-meydan-oxuyur
    Astronomlar kainatdakı ən parlaq qalaktikanı kəşf ediblər
    astronomlar-kainatdaki-en-parlaq-qalaktikani-kesf-edibler
    Günəş sistemindəki üçüncü ulduzlararası obyektin yaşı təyin edilib
    gunes-sistemindeki-ucuncu-ulduzlararasi-obyektin-yasi-teyin-edilib